Bank Of Baku

APA “Azərbaycanda ən öndə gedən informasiya agentliyi” nominasiyasında “The first-2011” mükafatına layiq görülüb - FOTOSESSİYA

APA “Azərbaycanda ən öndə gedən informasiya agentliyi” nominasiyasında “The first-2011” mükafatına layiq görülüb - <font color=red>FOTOSESSİYA</font>
# 24 noyabr 2011 08:24 (UTC +04:00)
APA-nın məlumatına görə, “Xəyal Production”un təşkilatçılığı ilə keçirilən mərasimdə Türkiyədən xüsusi qonaqlar iştirak ediblər. Onların arasında Türkiyənin tanınmış simaları - şoumen Bəyazit Öztürk (Bəyaz), çoxsaylı tamaşaçı auditoriyası toplayan “Öylə bir keçər zaman ki...” serialında Ali kaptan rolunun ifaçısı Ərkan Pətəkkaya, modelyer Uğurkan Erez, bəstəkar-müğənni Soner Sarıkabadayı, “Adanalı” serialında Sofiya, “Lale devri” serialında isə Yeşim rolunun ifaçısı, tanınmış aktrisa Serenay Sarıkaya, Azərbaycan əsilli müğənni Nursaç Doğanişık, Türkiyədə yaşayan azərbaycanlı model Günay Musayeva, “Media TV” və “Kanal D”-nin əməkdaşları olub.

APA da “The first-2011” mükafatına layiq görülüb. APA-ya bu mükafat “Azərbaycanda ən öndə olan informasiya agentliyi” nominasiyasında verilib. Mükafatlandırılanlar arasında Türkiyənin Azərbaycandakı səfiri Hulusi Kılıç, millət vəkili Qənirə Paşayeva, İctimai Teleradio, Türkiyənin “Show TV” və “Kanal D” televiziyaları, “Day.az” informasiya portalı, 14 qat dünya çempionu Eduard Məmmədov, bəstəkar Gövhər Həsənzadə, modelyer Gülnarə Xəlilova, model Günay Musayeva, müğənni Röya, “Təhsil” Nəşriyyatı, digər şirkət və şəxslər də olublar.

Bundan başqa, Türkiyədən Azərbaycana gələn qonaqların da hər birinə “The first-2011” mükafatı verilib. Bəyazit Öztürk və Ərkan Pətəkkayanın mükafatı alarkən “Tut ağacı boyunca” Azərbaycan mahnısını birgə oxumaları alqışlarla qarşılanıb. Onlar Azərbaycana gəldiklərindən məmnun olduqlarını bildiriblər.

Bəstəkar-müğənni Soner Sarıkabadayı mükafatı aldıqdan sonra öz mahnılarından birini ifa edib.

Aktrisa Serenay Sarıkaya bu mükafata layiq görülməsindən məmnun olduğunu bildirib.

Azərbaycan əsilli müğənni Nursaç Doğanişık isə üç Azərbaycan mahnısı oxuyub. Müğənni Azərbaycanı çox sevdiyini bildirib: “Hər birinizi çox sevirəm. Siz mənim doğmalarımsınız”. Müğənni Ələkbər Tağıyevin “Sən gəlməz oldun” mahnısını musiqiçilərin müşayiəti olmadan ifa edib.

Türkiyənin məşhur modelyeri Uğurkan Erez də mükafatı aldıqdan sonra Azərbaycanın ünvanına xoş sözlər söyləyib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR