Bank Of Baku

“Müstəqil Azərbaycan 20: Mətbuatımızın cəmiyyətin inkişafındakı rolu” mövzusunda konfrans keçirilib - FOTO

“Müstəqil Azərbaycan 20: Mətbuatımızın cəmiyyətin inkişafındakı rolu” mövzusunda konfrans keçirilib - <font color=red>FOTO</font>
# 24 noyabr 2011 12:49 (UTC +04:00)
Bakı. Pərvin Abbasov – APA. Azərbaycan Prezidenti yanında KİV-lərə Dövlət Dəstəyi Fondunun (KİVDF) və Nərimanov rayon İcra Hakimiyyətinin (RİH) təşkilatçılığı ilə “Müstəqil Azərbaycan 20: Mətbuatımızın cəmiyyətin inkişafındakı rolu” mövzusunda konfrans keçirilib. APA-nın məlumatına görə, tədbirdə KİVDF və Nərimanov RİH rəhbərliyi, 40-a yaxın KİV rəhbəri və Nərimanov rayonunun müxtəlif qurumlarının rəhbər şəxsləri iştirak edib.

KİVDF-nin icraçı direktoru Vüqar Səfərli çıxışında tədbirin əhəmiyyətindən danışıb. O, KİVDF-nin indiyədək Bakının bir neçə rayonunun icra hakimiyyəti ilə tədbirlər keçirdiyini, bu tədbirlərin gələcəkdə davam etdiriləcəyini bildirib. V. Səfərli hazırda Azərbaycanda söz və mətbuat azadlığının təmin olunduğunu vurğulayıb.

Mətbuat Şurasının sədri Əflatun Amaşov çıxışında Azərbaycanın milli mətbuat tarixi və bu günü barədə danışıb.

Nərimanov RİH başçısı Abdin Fərzəliyev rayonda görülən işlərlə bağı məlumat verib.

Tədbirdə Nərimanov rayonunun müxtəlif qurumlarının rəhbər şəxsləri “reket” qəzetlərdən gileylərini KİVDF və Mətbuat Şurası rəhbərliyinin diqqətinə çatdırıb. Mətbuat Şurasının rəhbərliyi onların suallarını cavablandırıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR