Bank Of Baku

ANS-in 20 yaşı tamam olur

ANS-in 20 yaşı tamam olur
# 26 noyabr 2011 07:48 (UTC +04:00)
APA-nın məlumatına görə, ANS 1991-ci il noyabrın 26-da 3 jurnalist - Vahid Mustafayev, Seyfulla Mustafayev və Mirşahin Ağayev tərəfindən yaradılıb.
Televiziya olaraq ANS-in ilk reportajları cəbhə xəttində baş verən hadisələrdən bəhs edib. ANS-in müxbirləri Qarabağdan, Çeçenistandan, İnquşetiyadan, Gürcüstandan - Osetiyadan, Abxaziyadan, Əfqanıstandan və s. münaqişə zonalarından reportajlar hazırlayıbdılar. Telekanal yarandığı ilk vaxtlardan BBC, CNN, CBS, NBC, NHK, ZDF, RAI kimi dünyanın nüfuzlu telekanallarla əməkdaşlıq edib.

ANS telekanalının adı gələn zaman, yaddaşlara ən əvvəl Azərbaycanın Milli Qəhrəmanı Çingiz Mustafayevin Qarabağ müharibəsi zamanı cəbhə xəttində apardığı çəkilişlər və qəhrəman telejurnalistin Xocalı faciəsi zamanı çəkdiyi tarixi kadrlar yada düşür. Bu gün də Çingiz Mustafayevin çəkdiyi kadrlardan yerli və xarici telekanallar istifadə edir.
Vaxtilə yalnız “Xəbərçi” verilişi ilə efirə çıxan ANS Şirkətlər Qrupu bu gün böyük mediaholdinqə çevrilib. Bu gün ANS Şirkətlər Qrupuna ANS TV ilə yanaşı Çingiz Mustafayevin adını daşıyan ANS ÇM radiosu, “ANS Press” Nəşriyyat Evi, “BakıFilm” Kinostudiyası da daxildir.

APA Group” olaraq ANS-i təbrik edirik.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR