Bank Of Baku

Nuşirəvan Məhərrəmli: “Rəqəmsal yayıma keçid Azərbaycanın milli tezlik resurslarına aiddir”

Nuşirəvan Məhərrəmli: “Rəqəmsal yayıma keçid Azərbaycanın milli tezlik resurslarına aiddir”
# 28 noyabr 2011 13:27 (UTC +04:00)
Bu barədə APA-ya Milli Televiziya və Radio Şurasının sədri (MTRŞ) sədri Nuşirəvan Məhərrəmli bildirib. Onun sözlərinə görə, Azərbaycanda bütün ölkəyə yayımlanan ümumrespublika yayımçıları bir paketdə yayımlanacaq. İkinci bir paket isə regional kanallara aid olacaq: “Hər bölgədə bu regionun kanallarından ibarət ikinci paket tamaşaçılara təqdim olunacaq. Məsələn, Quba-Xaçmaz regionunda regional kanallar bir paketdə olacaq, Gəncə zonasındakı kanallar bir paketdə olacaq. Cənub zonasında bir regional kanal var, o ayrıca bir paketdə olacaq”.

Şura sədri rəqəmsal yayıma keçid üçün aztəminatlı təbəqəyə dekoderlərin alınması ilə bağlı ölkə prezidentinə ünvanlanan müraciətə hələlik cavab verilmədiyini bildirib: “Rəqəmsal yayıma keçəndə analoq yayımla rəqəmsal yayım bir müddət paralel olacaq. Müəyyən vaxt olacaq ki, bu məsələlərə də baxılsın. Ola bilər ki, həmin dövrdə bu məsələ daha aktual xarakter kəsb eləsin və buna reaksiya verilsin”.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR