Bank Of Baku

Milli serialların çəkilməsi üçün maliyyə vəsaiti yaxın bir həftə ərzində televiziya kanallarının hesabına köçürüləcək

Milli serialların çəkilməsi üçün maliyyə vəsaiti yaxın bir həftə ərzində televiziya kanallarının hesabına köçürüləcək
# 28 noyabr 2011 14:20 (UTC +04:00)
Bakı. Kəmalə Quliyeva – APA. Milli serialların çəkilməsi üçün maliyyə vəsaiti yaxın bir həftə ərzində televiziya kanallarının hesabına köçürüləcək. Bu barədə APA-ya Milli Televiziya və Radio Şurasının (MTRŞ) sədri Nuşirəvan Məhərrəmli bildirib. O qeyd edib ki, artıq televiziya kanalları öz hesablarına serial çəkilişlərinə başlayıb.

Şura sədri, həmçinin deyib ki, MTRŞ gələn ilin əvvəlindən telekanallarda ədəbi dilin qorunması ilə bağlı monitorinqlərə başlayacaq: “Bununla bağlı işlər mütəmadi gedir. Etiraf edim ki, Azərbaycanın ədəbi dilinin qoruması istiqamətində irəliləmə var, geriləmə yoxdur. Telekanal rəhbərləri artıq bununla bağlı öz məsuliyyətlərini dərk etməyə başlayıblar. Aparıcıların da hərəkət və danışıqlarında müəyyən irəliləyiş var. Amma bunlar bizi tam qane eləmir. Ona görə də bu məsələni daim diqqətdə saxlayacağıq”.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR