Bank Of Baku

Azərbaycan Mətbuat Şurasının sədri: “Evsiz jurnalistlərin siyahısı və evlərin veriləcəyi kriteriyalar hələ hazır deyir”

Azərbaycan Mətbuat Şurasının sədri: “Evsiz jurnalistlərin siyahısı və evlərin veriləcəyi kriteriyalar hələ hazır deyir”
# 30 noyabr 2011 08:56 (UTC +04:00)
Bakı. Kəmalə Quliyeva – APA. “Azərbaycanda evsiz jurnalistlərin siyahısı və evlərin veriləcəyi kriteriyalar hələ hazır deyir”. APA-nın məlumatına görə, bunu jurnalistlərə açıqlanmasında Azərbaycan Mətbuat Şurasının sədri Əflatun Amaşov bildirib.

O deyib ki, KİV-in İnkişafına Dövlət Dəstəyi Fondu jurnalistlər üçün tikiləcək binanın bütün sənədlərini hazırlayıb, yaxın vaxtlarda binanın tikintisinə başlanacaq: “Jurnalistlər üçün cəmi 1 bina tikiləcək, orada da 100-ə yaxın mənzil olacaq. Ona görə də elə sənəd hazırlanmalıdır ki, jurnalistikanın inkişafında xidmətləri olan, haqqı çatan şəxslər ev ala bilsinlər”.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR