Bank Of Baku

“Ekoloji stabillik və iqlim dəyişmələri mövzusu müasir mətbuatda” Tədris Proqramının təqdimatı keçirilib

“Ekoloji stabillik və iqlim dəyişmələri mövzusu müasir mətbuatda” Tədris Proqramının təqdimatı keçirilib
# 30 noyabr 2011 09:35 (UTC +04:00)
Bakı. Kəmalə Quliyeva - APA. Azərbaycan Mətbuat Şurası UNESCO-nun Moskva ofisinin təşkilatçılığı ilə “Ekoloji stabillik və iqlim dəyişmələri mövzusu müasir mətbuatda” Tədris Proqramının təqdimatını keçirib. APA-nın məlumatına görə, tədbirdə çıxış edən Mətbuat Şurasının sədri Əflatun Amaşov bildirib ki, proqramın hazırlanmasında məqsəd Azərbaycanda fəaliyyət göstərən ali məktəblərin jurnalistika fakültələrində və KİV-də çalışan jurnalistlər üçün gələn ilin əvvəlindən başlayaraq kursların keçirilməsindən ibarətdir.
Ə. Amaşov qeyd edib ki, hazırda Tədris Proqramının Təhsil Nazirliyi tərəfinsən təsdiq olunmasına çalışırlar: “Artıq bununla bağlı danışıqlar gedir. Yaxın vaxtlarda proqram Təhsil Nazirliyi tərəfindən təsdiq olunacaq və ali məktəblərdə tələbə jurnalistlərə proqram əsasında kurslar keçiriləcək”.

Ə. Amaşov bildirib ki, bu UNESCO-nun Moskva ofisi ilə həyata keçirilən ilk tədbir deyil.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR