Bank Of Baku

EBU-nun Baş direktoru "Eurovision-2012"yə hazırlıqlara görə Azərbaycan tərəfinə təşəkkürünü bildirib

EBU-nun Baş direktoru "Eurovision-2012"yə hazırlıqlara görə Azərbaycan tərəfinə təşəkkürünü bildirib
# 01 dekabr 2011 17:54 (UTC +04:00)
Bakı-APA. Bu gün Cenevrədə Avropa Yayımları Birliyinin (EBU) 67-ci Baş Assambleyasının iclası başlayıb. Bu barədə APA-ya İctimai Teleradionun ictimaiyyətlə əlaqələr və internet şöbəsindən məlumat verilib. Sessiyanı açan EBU prezidenti Jan-Pol Flippot toplantının keçiriləcəyi iki gün ərzində təşkilatın və üzv ölkələrin ictimai yayımçılarının fəaliyyəti, o cümlədən müasir media sahəsindəki bir çox yeniliklər barədə müzakirələrin aparılacağını bildirib.
EBU-nun Baş direktoru İngrid Deltenre təşkilatın böyük layihələrindən danışıb. O, bu layihələr sırasında olan "Eurovision Mahnı Müsabiqəsi-2012"yə hazırlıq işlərinə görə ev sahibi kimi Azərbaycan tərəfinə təşəkkürünü bildirib.
Qeyd edək ki, Azərbaycan nümayəndə heyəti sessiyanın işində iştirak edir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR