Mətbuat Şurası İdarə Heyətinin iclası keçirilib - FOTO
Çıxışlarda N. İmanquliyevin Azərbaycan jurnalistlərinin böyük bir nəslini yetişdirən, sanballı yazıları ilə mətbuat tariximizə misilsiz töhfələr verən şəxsiyyət olduğu qeyd edilib. Bildirilib ki, onun redaktoru olduğu “Bakı” və “Baku” qəzetləri isə günümüzə də örnək sayıla biləcək məktəbdir. İH üzvləri bütün bunları nəzərə alaraq Şuranın “Nəsrulla İmanquliyev irsi və müasir jurnalistikamız” adlı konfransın keçirilməsini qərara alıblar.
İclasda İH üzvləri başa çatmaqda olan ilin yekunları ilə bağlı hesabatın hazırlanmasının Şura sədrinə həvalə ediblər.
Sonra MŞ-nin “Reket jurnalistika”ya qarşı mübarizə Komissiyanın sədri, “İki sahil” qəzetinin baş redaktoru Vüqar Rəhimzadə çıxış edib. O bildirib ki, komissiyanın dekabrın 1-də keçirilən iclasında 8 qəzetlə bağlı məsələyə baxılıb. Onlardan ikisinin fəaliyyətində peşə prinsipləri ilə bir araya sığmayan hallar qabarıq nəzərə çarpdığından belə rəyə gəlinib ki, onların “reket nəşr” elan olunaraq Şuranın “qara siyahı”sına daxil edilməsi üçün ciddi əsaslar mövcuddur və bu nəzərə alınaraq İdarə Heyətinə təqdimat verilməlidir.
İH üzvləri çıxışlarında hər iki nəşr barədə oxşar fikirlərin MŞ-nin Şikayətlər üzrə Komissiyasının da rəylərində ifadəsini tapdığını vurğulayıblar. Qərara alınıb ki, Salyan Rayon İcra Hakimiyyətinin və Azərbaycan Müəllimlər İnstitutunun Qazax filialının “Polit press”, Ağdam Rayon Əhalinin Sosial Müdafiə Mərkəzinin və həmin rayondakı Sukanal İdarəsinin “Yeni axtarış” qəzetləri barədə şikayətləri, həmçinin komissiyanın qərarları əsas götürülərək hər iki kütləvi informasiya vasitəsi “reket nəşr” elan olunsun və adları Şuranın “qara siyahı”sına daxil edilsin.
İH üzvü, Jurnalistlərin Həmkarlar İttifaqının sədri Müşfiq Ələsgərli başçılıq etdiyi Şikayətlər üzrə Komissiyanın son rəyləri barədə məlumat verib. Daxil olan müraciətlərə əsasən “7gun.az” Xəbər Saytına xəbərdarlıq olunub. Onun baş redaktoru Cavid Şirəliyevə Xəbər Saytının fəaliyyətində dönüş yaratmaq tövsiyə edilib.
“Poliqon” Analitik İnformasiya Agentliyinin Azərbaycanlıların və Digər Türkdilli Xalqların Əməkdaşlıq Mərkəzinin sədri İlham İsmayılov barədə təqdim etdiyi materialda da “Azərbaycan Jurnalistlərinin Peşə Davranışı Qaydaları”nın bir sıra bəndlərinin tələblərinə sayğısızlıq göstərildiyi MŞ qərarında yer alıb. Agentlik rəhbərliyinin nəzərinə çatdırılıb ki, bu cür təqdimat etik prinsiplərlə qətiyyən bir araya sığmır və gələcəkdə təkrar olunacağı təqdirdə onun barəsində daha ciddi ölçü götürülə bilər.
İclasda Şura sıralarına daha üç yeni üzv (“Discovery Azerbaijan” jurnalı, “Yeni liqa” qəzeti, “Tele-inform” Xəbərlər Mərkəzi) qəbul olunub.
Media
Lent.az-ın 18 yaşı tamam olur
Azərbaycan, Serbiya və Türkiyə arasında media sahəsi üzrə təcrübə mübadiləsi keçirilib
MEDİA: Bəzi saytlarda DİM-in məlumatları şişirdilmiş başlıqlarla verilib, bu, qəbuledilməzdir
Jurnalist vəsiqəsinin verilməsinə və dəyişdirilməsinə görə ödəniş ləğv edilir
Xəbər Lenti
Leyla Əliyeva və Arzu Əliyeva Dənizkənarı Milli Parkda açılış və təqdimat mərasimlərində iştirak ediblər
Baltikyanı ölkələr Aİ-ni Rusiyadan neft idxalına qadağanı sürətləndirməyə çağırıb
Rusiya və Çin hərbi təyyarələri Cənubi Koreyanın hava sahəsinə yaxınlaşıblar
Ukrayna Volqoqradda "İsgəndər" komplekslərinin istehsal olunduğu müəssisəni vurub - VİDEO
DÇ-2026: Belçika və Misir pley-offda, İran gözləyəcək
DÇ-2026: İspaniya və Kabo - Verde 1/16 finalda!
Bakı və Abşeron yarımadasının bəzi yerlərində leysan yağır - FAKTİKİ HAVA
Nyu-York birjasında təbii qaz ucuzlaşıb
Azərbaycan nefti 74 dollara ticarət olunur
Əmtəə bazarlarında qızıl və gümüş bahalaşıb
İranda polis postuna silahlı hücum olub, iki əməkdaş ölüb
DYP sürücülərə və digər hərəkət iştirakçılarına hava şəraiti ilə bağlı xəbərdarlıq edib
FHN hava şəraiti ilə əlaqədar əhaliyə müraciət edib
“Brent” nefti 4%-dən çox ucuzlaşıb
Dünya fond bazarlarının əsas indeks göstəriciləri
Abşeron yarımadasının bəzi ərazilərində leysan, dolu gözlənilir
Səudiyyə Ərəbistanı Fars körfəzində neft yükləməsini bərpa edib
Dövlət Departamenti: Livan sazişi İsrail qüvvələrinin geri çəkilməsini nəzərdə tutur
Venesuela sahillərində 4,9 bal gücündə zəlzələ qeydə alınıb
Tramp yeni ABŞ pasport dizaynını təqdim edib
SEPAH Yaxın Şərqdə ABŞ qüvvələrinə qarşı zərbələr endirdiyini açıqlayıb
Çin 2026-cı ilin ilk rübündə 184,1 milyard dollar cari profisit əldə edib
Netanyahu Livan razılaşmasını İrana zərbə adlandırıb
Vens: ABŞ İranla memorandumla bağlı fikir ayrılıqlarını müzakirə etməyə hazırdır
SEPAH ABŞ-ın Hörmüz boğazındakı hədəfləri vurmasına cavab verəcəyini açıqlayıb
DÇ-2026: Fransa və Norveç 1/16 finala vəsiqə qazanıb
ABŞ Hörmüz boğazında İranla əlaqəli hədəfləri vurub
Tramp yenidən İranı atəşkəsi pozmaqda ittiham edib
Netanyahu: Livanla danışıqlar uğurla başa çatıb, lakin İsrail ordusu Livanın cənubundan çəkilməyəcək
Britaniya Ukraynaya 1 milyard dollarlıq kredit üçün Dünya Bankına zəmanət verib
Ermənistan ordusunun hərbi qulluqçusu ölüb
İsrail və Livan ABŞ dövlət katibi Marko Rubionun iştirakı ilə çərçivə sazişi imzalayıb - YENİLƏNİB
Venesuelada zəlzələdə ölənlərin sayı 920-yə çatıb, 3360 nəfər yaralanıb, 50 mindən çox insan itkin düşüb - VİDEO - YENİLƏNİB-5
Azərbaycanın namizədi BMT-nin Qadınlara qarşı ayrı-seçkiliyin aradan qaldırılması üzrə Komitəsinin üzvlüyünə seçilib
Dilarə Səlim Mədəniyyət televiziyasının direktoruluğundan kənarlaşdırılması ilə bağlı məsələyə aydınlıq gətirib
Hakan Fidan: Rusiya və Ukraynanı yenidən danışıqlar masası ətrafında toplamağa hazırıq
Oman Avropaya Hörmüz boğazından keçmək üçün mümkün rüsumlarla bağlı xəbərdar edib
Səfərbərlik Xidmətinin rəisi: Hərbi xidmət müddətinin azaldılması və ödənişli hərbi xidmət gündəlikdə deyil - MÜSAHİBƏ
Tramp İranı Hörmüzdəki gəmilərə dron ataraq atəşkəsi pozmaqda günahlandırıb
Gürcüstan parlamentinin iclasında dava düşüb - VİDEO
Xəstəxanaya yerləşdirilən Xalq şairi Nəriman Həsənzadənin vəziyyəti açıqlanıb
Nazir: Hörmüz boğazında qalan Türkiyə gəmiləri bölgədən ayrılıb
Kadir İnanır vəfat edib
Putin Lukaşenko ilə görüşüb
Putin orduda müqavilə əsasında xidmət edən əcnəbilərin deportasiyasını qadağan edib
İsrail ordusu: Livanın cənubunda 7 "Hizbullah" üzvü öldürülüb
Türkiyədə fişəng fabrikində partlayış baş verib, ölən və xəsarət alan var
Fransada anomal istilərdə ölənlərin sayı 55-ə çatıb
FHN: İsmayıllıda suvarma kanalında batan gəncin meyiti tapılıb - VİDEO - YENİLƏNİB
Bəqai: ABŞ və KƏŞ-in birgə bəyanatı həqiqətin təhrif edilməsidir