Bank Of Baku

«İslami Facebook» 2012-ci ildə fəaliyyətə başlayacaq

«İslami Facebook» 2012-ci ildə fəaliyyətə başlayacaq
# 02 dekabr 2011 20:17 (UTC +04:00)
Baku-APA. «İslami Facebook» ortaya çıxmaq üzrədir. «Salamworld.com» adı ilə qurulan internet saytı islam dünyasındakı sosial media boşluğunun doldurmaq niyyətindədir. Bu barədə APA CNNTürk-ə istinadən məlumat verir.

8 dildə fəaliyyət göstərəcək sayt, 2012-ci ildən 500 min istifadəçi ilə test rejimində işə başlayacaq, 6 aydan sonra isə normal iş rejiminə keçəcək.

Mərkəzi İstanbul olaraq seçilən sayt, 3 ildə 50 milyon üzv toplamaq niyyətindədir.

Saytın islam dünyasından iş adamları və intellektuallardan ibarət yaradıcı heyəti var.

«Halal iqtisadiyyat»ın internet bölməsi olmaq istəyən «Salamworld.com», «halal internet xidmətləri» şüarından istifadə edəcək və «islami virtual dünya» yaratmaq məqsədini güdür.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR