Bank Of Baku

Yüksəl Dəyərcan TRT-nin Bakı təmsilçisi təyin olunub - FOTO

Yüksəl Dəyərcan TRT-nin Bakı təmsilçisi təyin olunub - <font color=red>FOTO</font>
# 07 dekabr 2011 07:51 (UTC +04:00)
Bakı – APA. TRT-nin Bakı təmsilçisi vəzifəsinə Yüksəl Dəyərcan (Yüksel Değercan) təyin olunub. TRT-nin Bakı təmsilçiliyindən APA-ya verilən xəbərə görə, Y. Dəyərcan buna qədər bir neçə il TRT-nin Bakı müxbiri kimi fəaliyyət göstərib, bir müddət də təmsilçi vəzifəsini icra edib.

Y. Dəyərcan Bakıda çalışdığı müddətdə Azərbaycanın siyasi, sosial və iqtisadi həyatı, Dağlıq Qarabağ münaqişəsinin mövcud vəziyyəti haqqında Türkiyə və dünya tamaşaçılarına yüzlərlə xəbər ötürüb, onlarla film hazırlayıb. Onun rəhbərliyi altında hazırlanan son film Azərbaycanın müstəqilliyinin 20 illiyinə həsr olunub.

TRT-nin Bakı müxbiri vəzifəsinə isə Əmrah Yazıçı təyin olunub. Ə. Yazıçı yaxın günlərdə Azərbaycana gələrək vəzifəsinin icrasına başlayacaq.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR