Bank Of Baku

Bakıda “Frontline” media klubu fəaliyyətə başlayıb

Bakıda “Frontline” media klubu fəaliyyətə başlayıb
# 07 dekabr 2011 15:24 (UTC +04:00)
Bakı. Ramil Məmmədli – APA. Dünyada tanınmış “Frontline” (Frontlayn) Media Klubunun Azərbaycanda fəaliyyətə başlaması ilə bağlı tədbir keçirilib. APA-nın məlumatına görə, layihənin təşəbbüskarı - Yeni Nəsil Jurnalistlər Birliyinin sədri Arif Əliyev Frontlayn Media Klubunun tarixi, fəaliyyəti və postsovet ölkələrində mətbuatın inkişafında oynadığı rol haqda danışıb. O deyib ki, Frontlayn Media Klubu yüzlərlə istedadlı media nümayəndəsini, plüralizmin inkişafına töhfə vermək istəyən digər peşə sahiblərini, tanınmış ziyalıları birləşdirən platformadır: “Frontlayn Bakı elə bir klub olacaq ki, siz orada medianın səviyyəsinə və ictimai roluna, KİV-də kifayət qədər diqqət yetirilməyən və ya birtərəfli qaydada işıqlandırılan hadisə və problemlərə dair müzakirələr apara biləcəksiniz. Burada müzakirələr qeyri-formal şəraitdə, auditoriya şəklində təşkil olunacaq. Qurumun fəaliyyəti cəmiyyət-jurnalistika əlaqələrinin möhkəmlənməsinə də töhfə verəcək”.

Tanınmış jurnalist Qulu Məhərrəmli çıxış edərək bildirib ki, bu klub mətbuat üçün oksigen balonu rolunu oynayacaq.

Sonra Bakı Dövlət Universitetinin jurnalistika fakültəsinin tələbələrinin Bakı şəhəri haqqında hazırladığı qısametrajlı film nümayiş etdirilib. Filmdə qaldırılan problemlərə dair fikir mübadiləsi aparılıb, tənqid və təkliflər səsləndirilib.

Toplantıda jurnalist Çingiz Sultansoy, hüquq müdafiəçisi Eynulla Fətullayev, professor Niyazi Mehdi, Milli Məclisin deputatı Asim Mollazadə, AXCP sədrinin müavini Razi Nurullayev və başqaları mövzu ilə bağlı fikir və mülahizələrini bölüşüblər.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR