İsmayıllı rayonunda “Jurnalistlər üçün qış məktəbi”nin açılış mərasimi keçirilib - FOTOSESSİYA
Tədbirdə çıxış edən N. Ələkbərov İsmayıllı haqqında ətraflı məlumat verib, rayonun coğrafi mövqeyindən, demoqrafik vəziyyətindən danışıb. İcra başçısı deyib ki, hazırda rayonda iki qəzet dərc edilir və bu qəzetlər mövzularına, əhatə dairəsinə, obyektivliyinə görə fərqlənir. Rayonda üzümçülük sahəsinin yenidən bərpa olunduğunu söyləyən N. Ələkbərov, Lahıc qəsəbəsinə yeni yol çəkildiyini və bu yolun növbəti il üçün istifadəyə veriləcəyini açıqlayıb: “Respublikada ilk dəfə məhz bizim rayonumuzda yapon bağı salınıb. İvanovkada çörək zavodu tikilir və fəaliyyətə başladıqdan sonra İvanovka çörəklərinin Bakıya göndərilməsi də nəzərdə tutulur. Rayonumuzda turizm sahəsində də hər il irəliləyiş hiss olunur”.
ARGTMŞ-nın sədri, millət vəkili Fuad Muradov bu layihəyə 2009-cu ildə Quba rayonunda start verildiyini deyib: “İnkişaf edən ölkəmizdə, cəmiyyətimizdə bu cür layihələr xüsusi əhəmiyyət daşıyır. Layihəni həyata keçirdiyimiz ilk ildən etibarən bir sıra jurnalist dostlarımız bizə dəstək oldular. Fikrimcə, bu gün Azərbaycan jurnalistləri tərəfindən ərazi bütövlüyü məsələsi gündəmdə saxlanılmalıdır. Hər il bir neçə dəfə bu layihənin həyata keçirilməsini nəzərdə tuturuq. Bu cür görüşlərdə mövcud problemləri birgə həll etməliyik. Bu addımımız jurnalist hərəkatına bir dəstəkdir. Hər kəs üzərinə düşəni etsə, problemlər də öz həllini tapacaq”.
“APA Group”-un baş direktoru Vüsalə Mahirqızı layihənin əhəmiyyətindən danışıb, “Jurnalistlərin Qış Məktəbi”nə uğurlar arzulayıb: “Gələcəkdə belə toplantılarda digər baş redaktorların da iştirakı yaxşı olardı. Redaktorlar olaraq biz bu tədbirlərdən faydalanırıq. Fikrimcə, bu tipli layihələri digər qurumların da həyata keçirməsi təqdirəlayiq olardı. Bu, ümumi işimizin xeyrinədir, jurnalistlərin bu layihədən faydalanacağına inanıram”.
Açılış mərasimində BDU-nun müəllimləri Cahangir Məmmədli, Zaur Babayev, Avrasiya Fondunun nümayəndəsi Zümrüd İsmayılova, Parlament Jurnalistləri Birliyini sədri Elşad Eyvazlı da layihəyə uğurlar arzulayıblar.
Dekabrın 10-na kimi davam edəcək layihə çərçivəsində “Jurnalistikada informasiyanın təqdimat prinsipləri: dəqiqlik, qərəzsizlik, vicdanlılıq, ədalətlilik”, “Yeni media şəraitində jurnalistin peşəkarlıq səviyyəsi”, “Avropaya inteqrasiya: Avropa dəyərləri nədir?”, “Media hüququ və Azərbaycan gerçəkliyi”, “Fotojurnalistika və Azərbaycan reallığı”, “Qarabağ problemi Azərbaycan mətbuatında”, “Bloqgerlik və sosial jurnalistika” mövzuları ətrafında peşəkar təlimçilər tərəfindən jurnalistlərə məlumatlar veriləcək. Həmçinin müxtəlif qrup işləri, əyləncəli intellektual oyunlar təşkil edilməklə jurnalistlərin asudə vaxtlarının səmərəli keçirilməsi təmin olunacaq. Layihənin sonunda iştirakçılar ARGTMŞ tərəfindən diplom və hədiyyələrlə təltif ediləcəklər.
Media
“IV Divar” serialı bu gündən etibarən AzTV-də! - VİDEO
MEDİA: “Nexta” kanalı Goranboyda baş vermiş yanğınla bağlı ictimai rəyi çaşdırmağa yönəlmiş məlumat yayıb
Azərbaycanlı jurnalistlər i24NEWS telekanalının redaksiyasını ziyarət ediblər - FOTO
Akko meri Albert Aqarunovun xatirəsinin əbədiləşdirilməsi haqqında sertifikatı qardaşına təqdim edib - FOTO
Xəbər Lenti
Fransada qatarın relsdən çıxması nəticəsində 44 nəfər yaralanıb
İranda SEPAH ilə terrorçu qrup arasında toqquşma baş verib, 4 terrorçu öldürülüb
Xarici diplomatlar Xudavəng monastr kompleksini ziyarət edib - FOTO
Birinci sinfə elektron qəbul yenidən aktivləşir
Kreml: Moskva ABŞ-ın sülhməramlı səylərinin bəhrə verəcəyinə ümid edir
Tatarıstanda yüngül mühərrikli təyyarə televiziya qülləsinə çırpılıb, ölənlər var
İranın Türkiyə və İraqa uçuşlarında problem olması təkzib edilib
BOKT-larda gündəlik kreditlərin restrukturizasiyası zamanı əlavə ödəniş tələb olunmayacaq
Zelenski Mayamidə G20 sammitində Putinlə görüşməyə hazırdır
AMB: BOKT-ların regionlarda əhatə dairəsi bəzi banklardan daha genişdir
Şirvanda oğurluq edən şəxs saxlanılıb
Bakıda 30, rayonlarda 33 dərəcə isti olacaq - SABAHIN HAVASI
AMB BOKT-ların borclanmasına yeni hədlər müəyyən edib
Səfir: Polşa-Azərbaycan münasibətləri çox yaxşı vəziyyətdədir, əminəm ki, son baş verənlər əlaqələrə təsir göstərməyəcək
Hikmət Hacıyev Həsən Cəlal Allahverdi bəyin məzarüstü abidəsindən paylaşım edib
Əmtəə bazarlarında qızıl və gümüş yenidən bahalaşıb
Hikmət Hacıyev: İşğal illərində bu tarixi abidələr “bərpa” adı altında müxtəlif xarici müdaxilələrə məruz qalıb
Bolqarıstanda sursat anbarlarında bir ay ərzində ikinci partlayış baş verib
Xarici diplomatlar Ağdərənin Vəngli kəndində Gəncəsər monastırını ziyarət ediblər - FOTO - VİDEO
Gürcüstanda aralarında Azərbaycan vətəndaşları da olan 59 qanunsuz miqrant saxlanılıb
Erməni deputat: Rusiya qazın qiymətini artırarsa, Ermənistan hərbi bazanın icarə haqqını artıra bilər
Azəbaycan neftinin qiyməti 120 dolları ötüb
İran Atom Enerjisi Təşkilatının rəhbəri AEBA-nın Konfransında iştirak etmək üçün Vyanaya yola düşüb
Yol polisi ötmə qaydalarının pozulması ilə bağlı sürücülərə müraciət edib
FHN-in Dövlət Yanğından Mühafizə Xidməti Zaqatalada yanğın-taktiki təlim keçirib - VİDEO
Xarici diplomatların Qarabağ və Şərqi Zəngəzura səfərinin ikinci günü start götürüb
AZANS Daşkənddə “SOCEA AGM/3”ə sədrlik edərək regional aeronaviqasiya əməkdaşlığını gücləndirib
Gəncədə Rus-Pravoslav Kilsəsinin 139 illiyi münasibətilə tədbir keçirilib
Xarici diplomatlar bu gün Ağdərə və Kəlbəcərdə olacaqlar
Nyu-York birjasında təbii qazın qiyməti azalıb
“Brent” markalı netin qiyməti 105 dollardan aşağı enib
Dünya fond bazarlarının əsas indeks göstəriciləri
İsrail və Livan arasında danışıqların növbəti raundu oktyabra təxirə salınıb
KXDR Yapon dənizinə ballistik raketlər buraxıb
Rusiyanın Amur vilayətində ağır yol qəzası nəticəsində 6 nəfər ölüb
Tramp respublikaçıların məğlub olacağı təqdirdə İrana qarşı mövqeyini sərtləşdirə biləcəyini istisna etməyib
Britaniya kəşfiyyat əməliyyatlarında kamuflyaj edilmiş atları sınaqdan keçirir
WSJ: OpenAI-ın süni intellekt agentləri “RubyGems” platformasına kiberhücumda iştirak edib
Tramp Çin şirkətlərinin ABŞ-da avtomobil zavodları tikməsinə qarşı olmadığını bildirib
İraqın Baş naziri Səudiyyə Ərəbistanına PUA hücumundan sonra hərbi komandanı vəzifədən azad edib
İraq Səudiyyə Ərəbistanına PUA hücumunu pisləyib
Ağ Ev Rusiyanın ABŞ-da keçiriləcək G20 toplantısına dəvət olunduğunu təsdiqləyib
KİV: İsrail Dəməşq yaxınlığındakı yaşayış məntəqəsini artilleriya atəşinə tutub
Hakan Fidan Səudiyyə Ərəbistanının XİN rəhbəri ilə bölgədəki vəziyyəti müzakirə edib
Putin: Avropa qoşunlarının Ukraynaya yerləşdirilməsi Rusiya ilə müharibə deməkdir
Səudiyyə Ərəbistanında hücumlardan sonra "Şərq-Qərb" neft kəmərinin işi dayandırılıb
"Beşiktaş" öz meydanında "Erzurumspor"u darmadağın edib
Rusiya gün ərzində 67 Ukrayna PUA-sını vurduğunu açıqlayıb
Husilər Səudiyyə Ərəbistanının hücumları nəticəsində 44 dinc sakinin öldüyünü açıqlayıb
ABŞ Nümayəndələr Palatasında Rusiyaya qarşı yeni sanksiyalar layihəsi səsverməyə çıxarılacaq