Bank Of Baku

“APA Group”-un rəhbəri Vüsalə Mahirqızı “Jurnalistlərin qış məktəbi”ndə məruzə ilə çıxış edib - FOTO

“APA Group”-un rəhbəri Vüsalə Mahirqızı “Jurnalistlərin qış məktəbi”ndə məruzə ilə çıxış edib - <font color=red>FOTO</font>
# 08 dekabr 2011 12:48 (UTC +04:00)
APA-nın məlumatına görə, layihənin ilk günü Bakı Dövlət Universitetinin (BDU) jurnalistika fakültəsinin kafedra müdiri Cahangir Məmmədli “Jurnalistikada informasiyanın təqdimat prinsipləri: dəqiqlik, qərəzsizlik, vicdanlılıq, ədalətlilik” mövzusunda məruzə ilə çıxış edib. C. Məmmədli bildirib ki, jurnalist məlumat hazırlayarkən öz vətəndaşlıq mövqeyini unutmamalıdır: “Ola bilər ki, bu fikrimi bəzi nəzəriyyəçilər qəbul etməsinlər. Əvvəllər mən də küyə gedib bu cür düşünənləri qınayırdım. Amma son zamanlar hesab edirəm ki, jurnalist xəbəri yayarkən vətəndaşlıq mövqeyini unutmayanda qərəzsiz və vicdanlı olur”.

APA Group”-un baş direktoru Vüsalə Mahirqızı isə “Yeni media şəraitində jurnalistin peşəkarlıq səviyyəsi” mövzusunda məruzə ilə çıxış edib. V. Mahirqızı yeni medianın qarşısında duran vəzifələrdən söz açıb, internet mediasının üstünlüklərindən danışıb və sosial şəbəkələrdəki informasiyaların mediaya ayaq açmasının doğru olmadığını vurğulayıb: “İnternetdə istənilən şey var – oxuyursunuz, görürsünüz və eşidirsiniz. Eyni zamanda özünüz aktiv istifadəçi ola bilirsiniz. Proseslərdə aktiv iştirak etmək üstünlüyünüz var. “Facebook” və ya “Twitter” kimi səhifələrdə paylaşılan xəbərlərin ciddi bir media qurumunda istifadə olunması və istinad olunması doğru deyil. Xəbərin tərəfsizliyi, qərəzsizliyi, obyektivliyi və dəqiqliyi prinsipləri qorunmalıdır”.

V. Mahirqızı bildirib ki, istənilən yazıda qarşı tərəfin münasibəti olmalıdır: “İstənilən sosial şəbəkə istifadəçisi özünün şəxsi baxışlarını da şərhlərinə əlavə edir. Jurnalist normal halda bunu yazmamalıdır. Dəqiq istinad nöqtəsi yoxdursa, bunu yazmaq gərəksizdir. Medianın işi kütləvi xəbər yaymaqdır. Media öz səviyyəsini, peşəkarlıq qabiliyyətini artırmalıdır”.

V. Mahirqızı deyib ki, yeni jurnalistlərimiz yazmağı, çəkməyi və hətta xəbəri yerləşdirməyi də bacarmalıdırlar: “Artıq Türkiyədə xəbər jurnalistlər bu üsulla işləyirlər”.

Mövzu ilə bağlı BDU-nun jurnalistika fakültəsinin müəllimi Zaur Babayev və təlim iştirakçıları fikirlərini bölüşüblər, tədbir müzakirə ilə davam edib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR