Bank Of Baku

Azərbaycan internet televiziyaların lisenziyalaşdırılması məsələsində Avropa ölkələrinin hansı addımlar atacağını gözləyir

Azərbaycan internet televiziyaların lisenziyalaşdırılması məsələsində Avropa ölkələrinin hansı addımlar atacağını gözləyir
# 08 dekabr 2011 13:24 (UTC +04:00)
Bakı. Pərvin Abbasov – APA. “İnternet televiziyaların lisenziyalaşdırılması, bu fəaliyyətin standartlarının müəyyən olunması tək Azərbaycanın deyil, dünyanın müxtəlif ölkələrinin müzakirə etdiyi məsələlərdən biridir. Sözün düzü, hazırda biz bu məsələdə tələsmirik”. Bunu APA-ya açıqlamasında Azərbaycan Prezident Administrasiyası İctimai-siyasi şöbəsinin müdiri Əli Həsənov deyib.

O, internet televiziyalarla bağlı Avropa Şurasına daxil olan ölkələr tərəfindən hansı addımların atılacağını gözlədiklərini bildirib: “Bizdən qabaq internet televiziya təcrübəsi olan, çoxlu internet televiziyası fəaliyyət göstərən Avropa dövlətləri bu məsələlərlə bağlı müzakirələr açıb. Azərbaycan nümayəndə heyətləri də bu və digər ölkələrdə keçirilən bu cür müzakirələrdə iştirak edir. Görək necə olacaq. Hər halda, bu, bir fəaliyyət növüdür və kifayət qədər seyrçi yığa bilib. Ona görə də bu fəaliyyətin əsas prinsip və normalarının müəyyən olunması, gələcəkdə bu fəaliyyətin digər KİV sırasında yerinin müəyyən edilməsi məsələsi transmilli mahiyyət kəsb edir”.

Qeyd edək ki, rabitə və informasiya texnologiyaları naziri Əli Abbasov Azərbaycanda internet televiziyaların lisenziyalaşdırıla biləcəyini bildirib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR