Bank Of Baku

BQXK-nın Azərbaycan nümayəndəliyi “Beynəlxalq humanitar hüquq və silahlı münaqişələr zamanı jurnalistlərin qorunması” adlı seminar keçirib

BQXK-nın Azərbaycan nümayəndəliyi “Beynəlxalq humanitar hüquq və silahlı münaqişələr zamanı jurnalistlərin qorunması” adlı seminar keçirib
# 08 dekabr 2011 15:30 (UTC +04:00)
Bakı. Kəmalə Quliyeva – APA. Beynəlxalq Qızıl Xaç Komitəsinin (BQXK) Azərbaycan nümayəndəliyi tərəfindən media nümayəndələri üçün “Beynəlxalq humanitar hüquq və silahlı münaqişələr zamanı jurnalistlərin qorunması” adlı bir günlük seminar təşkil olunub. APA-nın məlumatına görə, seminarda ölkənin 6 aparıcı kütləvi informasiya vasitəsinin nümayəndələri iştirak edib.

Seminarda çıxış edən BQXK-nın Azərbaycan nümayəndəliyinin rəhbəri, xanım Şerin Pollini bildirib ki, tədbirdə jurnalitlərə yalnız beynəlxalq humanitar hüquq haqqında bilgilər deyil, eyni zamanda Azərbaycanda həyata keçirilən layihələr haqqında da məlumatlar veriləcək.

Seminarda jurnalistlərə Beynəlxalq Qızıl Xaç və Qızıl Aypara Hərəkatının tarixi və komponentləri, itkin düşmüş şəxslərin ailələrinə psixo-sosial dəstək proqramı, BQXK-nın Azərbaycandakı fəaliyyəti, komitənin 2011-ci ildə əsas əməliyyatları, minalarla çirklənmiş ərazilərdə təhlükəsiz fəaliyyət haqqında ətraflı informasiya çatdırılıb.

Seminarın sonunda jurnalistlərə sertifikatlar təqdim edilib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR