Bank Of Baku

İran həbsdə olan jurnalistlərin sayına görə dünyada birincidir

İran həbsdə olan jurnalistlərin sayına görə dünyada birincidir
# 08 dekabr 2011 16:11 (UTC +04:00)
APA-nın “Lenta.ru” xəbər portalına istinadən verdiyi məlumata görə, bu rəqəmi Jurnalistlərin Müdafiəsi Komitəsi (Committee to protect journalists) açıqlayıb. Komitə həbsdə olan jurnalistlərin sayına görə İranın birinci yerdə olduğunu bildirib. Belə ki, bu ölkədə hazırda 42 jurnalist həbsdə saxlanılır.

İlk onluqda Eritreya (28), Çin (27), Vyetnam (9), Türkiyə, Suriya (8), İsrail və Fələstin Muxtariyyəti (7) də var.

Ötən illə müqayisədə həbsə atılan redaktor, müxbir və fotojurnalistlərin sayı daha 34 nəfər artıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR