Bank Of Baku

Azərbaycanda ilk tibb və sağlamlıq kanalı olan www.tvtibb.az internet televiziyası fəaliyyətə başlayacaq

Azərbaycanda ilk tibb və sağlamlıq kanalı olan www.tvtibb.az internet televiziyası fəaliyyətə başlayacaq
# 08 dekabr 2011 16:21 (UTC +04:00)
Bakı. Ramil Məmmədli – APA. Azərbaycanda ilk tibb və sağlamlıq kanalı olan www.tvtibb.az internet televiziyasının fəaliyyətə başlaması ilə bağlı təqdimat mərasimi keçirilib. APA-nın məlumatına görə, kanalın rəhbəri Rüstəm Əliyev yeni layihənin məqsədi barədə danışaraq cəmiyyətin tibb barəsində maariflənməsinə xidmət edəcək kanalın əhəmiyyətini vurğulayıb. O bildirib ki, tibbin son nailiyyətləri bu kanalda Azərbaycan dilində ölkə tamaşaçısına çatdırılacaq.

R. Əliyev internet TV-nin kabel televiziyası sisteminə keçidi üçün gərgin iş aparıldığını da diqqətə çatdırıb: “Tibbin bütün istiqamətlərinə aid yeniliklərin yerləşdirildiyi ixtisaslaşmış rubrikaların hazırlanması planlaşdırılır”.

Sonra televiziya kanalının əməkdaşları tədbir iştirakçılarına təqdim olunub. 24 saat fəaliyyət göstərəcək kanalın verilişlərinin 80 faizi qurumun öz istehsalı olacaq.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR