Bank Of Baku

“Jurnalistlərin qış məktəbi”ndə mühazirələr dinlənilib

“Jurnalistlərin qış məktəbi”ndə mühazirələr dinlənilib
# 09 dekabr 2011 13:18 (UTC +04:00)
APA-nın məlumatına görə, layihə çərçivəsində “Gənclər Fondu” layihəsinin təqdimatı keçirilib.

“Jurnalistlərin qış məktəbi”ndə hüquqşünas, təlimçi Ələsgər Məmmədli “Media hüququ və Azərbaycan gerçəkliyi” mövzusunda məruzə ilə çıxış edib. Daha sonra Bakı Dövlət Universitetinin (BDU) jurnalistika fakültəsinin müəllimi Zaur Babayev “Sosial jurnalistika perspektivləri və müasir texnologiyalar”, “Azpress.az”ın baş direktoru Rasim Sadıxov “Fotojurnalistika və Azərbaycan reallığı” mövzusunda mühazirələr oxuyublar. Layihənin ikinci günü məktəb iştirakçıları arasında intellektual oyunlar təşkil edilib. Eləcə də tədbir iştirakçıları İsmayıllı rayonu ilə tanış olublar.

“Jurnalistlərin qış məktəbi” dekabrın 10-da da öz işini davam etdirəcək. Sabah “Qarabağ problemi Azərbaycan mətbuatında”, “Bloqgerlik və sosial jurnalistika” mövzuları ətrafında peşəkar təlimçilər tərəfindən jurnalistlərə məlumatlar veriləcək.

Layihənin sonunda iştirakçılar ARGTMŞ tərəfindən diplom və hədiyyələrlə təltif ediləcəklər.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR