İsmayıllıda keçirilən “Jurnalistlər üçün qış məktəbi”nə yekun vurulub
İsmayıllı. Ülkər Qasımova-APA. Bu gün İsmayıllı rayonunda Gənclər Təşkilatları Milli Şurasının (ARGTMŞ) təşəbbüsü, Gənclər və İdman Nazirliyinin, Avrasiya Əməkdaşlıq Fondunun dəstəyi ilə 22 KİV təmsilçisinin iştirak ilə “Jurnalistlər üçün qış məktəbi”nə yekun vurulub. APA-nın məlumatına görə, məktəbin sonuncu günü ARGTMŞ-nın sədri, millət vəkili Fuad Muradov Avropa Birliyi, Avropa Şurası və Avropa Parlamentinin strukturu və fəaliyyəti barədə haqqında ətraflı məlumat verib. Millət vəkili eləcə də Avropa Şurasında mövcud olan Dağlıq Qarabağ üzrə Alt Komitənin gələcəyindən də danışıb: “Bu Alt Komitənin aktiv fəaliyyət göstərməsi, işə başlaması üçün Avropa Şurasının sərt mövqeyi lazımdır. Ermənilər çalışır ki, bu məsələ gündəmdə olmasın və yaddan çıxsın. Amma bu olacaq və qaçılmaz bir şeydir”.
F. Muradov eləcə də başa çatmaqda olan “Jurnalistlərin qış məktəbi”ndən əldə olunan nəticədən də danışıb. O bildirib ki, təşkilatçı olaraq nəzərdə tutulan gözləntinin əldə olunduğunu hesab etmək olar: “Məqsədimiz ondan ibarət idi ki, buraya gələn qonaqlarımız, məruzəçilərimiz, ekspertlər gözləntiləri doğrultsunlar. Eyni zamanda artıq gələcək planlarımızı da müəyyənləşdirə bildik. Biz mütləq şəkildə bu işləri davam etdirmək istəyindəyik və çalışacağıq ki, burada iştirak edən jurnalistlərin təcrübəsindən yararlanaq. Fikrimcə, bu dəfəki layihə ötən layihədən daha da dinamikliyi ilə seçildi. Bu da yeni iştirakçıların olması ilə bağlıdır”. Millət vəkili ölkədə jurnalistikaya fərqli yanaşmalar olduğunu vurğulayıb və yaşından, fikirlərindən asılı olmayaraq artıq ölkəmizdə peşəkar jurnalistika ordusunun inkişaf etdiyini deyib.
“Jurnalistlər üçün Qış Məktəbi”ndə “AG Bank”ın nümayəndəsi, eləcə də AŞPA-da Azərbaycan nümayəndə heyətinin sabiq üzvü Əkrəm Abdullayev beynəlxalq təşkilatların fəaliyyəti ilə bağlı təcrübəsini bölüşüb.
“Jurnalistlər üçün Qış Məktəbi”nin sonuncu məruzəçi blogger, təlimçi Rəşad Əliyev olub. O, “Blogerlik və sosial jurnalistika” mövzusunda fikirlərini jurnalistlərlə bölüşüb.
Qeyd edək ki, 7-10 dekabr tarixlərində İsmayıllıda keçirilən layihə çərçivəsində “Jurnalistikada informasiyanın təqdimat prinsipləri: dəqiqlik, qərəzsizlik, vicdanlı, ədalətli”, “Yeni media şəraitində jurnalistin peşəkarlıq səviyyəsi”, “Avropaya inteqrasiya: Avropa dəyərləri nədir?”, “Media hüququ və Azərbaycan gerçəkliyi”, “Fotojurnalistika və Azərbaycan reallığı”, “Blogerlik və sosial jurnalistika” və digər mövzular ətrafında peşəkar təlimçilər tərəfindən jurnalistlərə məlumatlar verilib. Müzakirələrdə millət vəkili Fuad Muradov, “APA Group”un baş direktoru Vüsalə Mahirqzı, BDU-nun jurnalistika fakültəsinin müəllimləri Cahangir Məmmədli və digərləri iştirakçılarla bilgilərini bölüşübülər. Tədbir çərçivəsində müxtəlif əyləncəli intellektual oyunlar təşkil edilməklə jurnalistlərin asudə vaxtlarının səmərəli keçirilməsi təmin olunub. Layihənin nəticəsi olaraq ARGTMŞ tərəfindən iştirakçılara diplomlar veriləcək.
Media
“IV Divar” serialı bu gündən etibarən AzTV-də! - VİDEO
MEDİA: “Nexta” kanalı Goranboyda baş vermiş yanğınla bağlı ictimai rəyi çaşdırmağa yönəlmiş məlumat yayıb
Azərbaycanlı jurnalistlər i24NEWS telekanalının redaksiyasını ziyarət ediblər - FOTO
Akko meri Albert Aqarunovun xatirəsinin əbədiləşdirilməsi haqqında sertifikatı qardaşına təqdim edib - FOTO
Xəbər Lenti
Fransada qatarın relsdən çıxması nəticəsində 44 nəfər yaralanıb
İranda SEPAH ilə terrorçu qrup arasında toqquşma baş verib, 4 terrorçu öldürülüb
Xarici diplomatlar Xudavəng monastr kompleksini ziyarət edib - FOTO
Birinci sinfə elektron qəbul yenidən aktivləşir
Kreml: Moskva ABŞ-ın sülhməramlı səylərinin bəhrə verəcəyinə ümid edir
Tatarıstanda yüngül mühərrikli təyyarə televiziya qülləsinə çırpılıb, ölənlər var
İranın Türkiyə və İraqa uçuşlarında problem olması təkzib edilib
BOKT-larda gündəlik kreditlərin restrukturizasiyası zamanı əlavə ödəniş tələb olunmayacaq
Zelenski Mayamidə G20 sammitində Putinlə görüşməyə hazırdır
AMB: BOKT-ların regionlarda əhatə dairəsi bəzi banklardan daha genişdir
Şirvanda oğurluq edən şəxs saxlanılıb
Bakıda 30, rayonlarda 33 dərəcə isti olacaq - SABAHIN HAVASI
AMB BOKT-ların borclanmasına yeni hədlər müəyyən edib
Səfir: Polşa-Azərbaycan münasibətləri çox yaxşı vəziyyətdədir, əminəm ki, son baş verənlər əlaqələrə təsir göstərməyəcək
Hikmət Hacıyev Həsən Cəlal Allahverdi bəyin məzarüstü abidəsindən paylaşım edib
Əmtəə bazarlarında qızıl və gümüş yenidən bahalaşıb
Hikmət Hacıyev: İşğal illərində bu tarixi abidələr “bərpa” adı altında müxtəlif xarici müdaxilələrə məruz qalıb
Bolqarıstanda sursat anbarlarında bir ay ərzində ikinci partlayış baş verib
Xarici diplomatlar Ağdərənin Vəngli kəndində Gəncəsər monastırını ziyarət ediblər - FOTO - VİDEO
Gürcüstanda aralarında Azərbaycan vətəndaşları da olan 59 qanunsuz miqrant saxlanılıb
Erməni deputat: Rusiya qazın qiymətini artırarsa, Ermənistan hərbi bazanın icarə haqqını artıra bilər
Azəbaycan neftinin qiyməti 120 dolları ötüb
İran Atom Enerjisi Təşkilatının rəhbəri AEBA-nın Konfransında iştirak etmək üçün Vyanaya yola düşüb
Yol polisi ötmə qaydalarının pozulması ilə bağlı sürücülərə müraciət edib
FHN-in Dövlət Yanğından Mühafizə Xidməti Zaqatalada yanğın-taktiki təlim keçirib - VİDEO
Xarici diplomatların Qarabağ və Şərqi Zəngəzura səfərinin ikinci günü start götürüb
AZANS Daşkənddə “SOCEA AGM/3”ə sədrlik edərək regional aeronaviqasiya əməkdaşlığını gücləndirib
Gəncədə Rus-Pravoslav Kilsəsinin 139 illiyi münasibətilə tədbir keçirilib
Xarici diplomatlar bu gün Ağdərə və Kəlbəcərdə olacaqlar
Nyu-York birjasında təbii qazın qiyməti azalıb
“Brent” markalı netin qiyməti 105 dollardan aşağı enib
Dünya fond bazarlarının əsas indeks göstəriciləri
İsrail və Livan arasında danışıqların növbəti raundu oktyabra təxirə salınıb
KXDR Yapon dənizinə ballistik raketlər buraxıb
Rusiyanın Amur vilayətində ağır yol qəzası nəticəsində 6 nəfər ölüb
Tramp respublikaçıların məğlub olacağı təqdirdə İrana qarşı mövqeyini sərtləşdirə biləcəyini istisna etməyib
Britaniya kəşfiyyat əməliyyatlarında kamuflyaj edilmiş atları sınaqdan keçirir
WSJ: OpenAI-ın süni intellekt agentləri “RubyGems” platformasına kiberhücumda iştirak edib
Tramp Çin şirkətlərinin ABŞ-da avtomobil zavodları tikməsinə qarşı olmadığını bildirib
İraqın Baş naziri Səudiyyə Ərəbistanına PUA hücumundan sonra hərbi komandanı vəzifədən azad edib
İraq Səudiyyə Ərəbistanına PUA hücumunu pisləyib
Ağ Ev Rusiyanın ABŞ-da keçiriləcək G20 toplantısına dəvət olunduğunu təsdiqləyib
KİV: İsrail Dəməşq yaxınlığındakı yaşayış məntəqəsini artilleriya atəşinə tutub
Hakan Fidan Səudiyyə Ərəbistanının XİN rəhbəri ilə bölgədəki vəziyyəti müzakirə edib
Putin: Avropa qoşunlarının Ukraynaya yerləşdirilməsi Rusiya ilə müharibə deməkdir
Səudiyyə Ərəbistanında hücumlardan sonra "Şərq-Qərb" neft kəmərinin işi dayandırılıb
"Beşiktaş" öz meydanında "Erzurumspor"u darmadağın edib
Rusiya gün ərzində 67 Ukrayna PUA-sını vurduğunu açıqlayıb
Husilər Səudiyyə Ərəbistanının hücumları nəticəsində 44 dinc sakinin öldüyünü açıqlayıb
ABŞ Nümayəndələr Palatasında Rusiyaya qarşı yeni sanksiyalar layihəsi səsverməyə çıxarılacaq