Bank Of Baku

“Kommersant” Nəşrlər Evinin bir neçə yüksək rütbəli əməkdaşı istefaya göndərilib

“Kommersant” Nəşrlər Evinin bir neçə yüksək rütbəli əməkdaşı istefaya göndərilib
# 13 dekabr 2011 12:49 (UTC +04:00)
Bakı - APA-Economics. “Kommersant” Nəşrlər Evinin sahibi Alişer Usmanov holdinqin bir neçə yüksək rütbəli əməkdaşını istefaya göndərib.

APA-Economics”in holdinqə daxil olan Gazeta.ru-ya istinadən xəbərinə görə, istefaya göndərilənlər “Kommersant-Holdinq” QSC-nin baş direktoru Andrey Qaliyev və “Kommersant-Vlast” jurnalının baş redaktoru Maksim Kovalskidir.

Bundan başqa, “Kommersant” Nəşrlər Evinin baş direktoru Demyan Kudryavtsev işdən getmək haqqında ərizə yazıb.

İstefalara səbəb “Kommersant-Vlast” jurnalının son saylarında dərc olunan materiallar olub. Heç vaxt öz nəşrlərinin media fəaliyyətinə qarışmayan A.Usmanov bunu jurnalist etikasının pozulması və kiçik xuliqanlıq kimi qiymətləndirib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR