Bank Of Baku

Gənclər və idman naziri “Jurnalistlər üçün qış məktəbi”ndə təmsil olunan KİV nümayəndələrinə sertifikatlar təqdim edib – FOTO

Gənclər və idman naziri “Jurnalistlər üçün qış məktəbi”ndə təmsil olunan KİV nümayəndələrinə sertifikatlar təqdim edib – <font color=red>FOTO </font>
# 13 dekabr 2011 13:30 (UTC +04:00)
Bakı. Ülkər Qasımova – APA. Gənclər və idman naziri Azad Rəhimov Gənclər Təşkilatları Milli Şurasının (ARGTMŞ) təşəbbüsü, Gənclər və İdman Nazirliyinin, Avrasiya Əməkdaşlıq Fondunun dəstəyi ilə İsmayıllı rayonunda keçirilən “Jurnalistlər üçün qış məktəbi”ndə təmsil olunan KİV nümayəndələrinə sertifikatlar təqdim edib. APA-nın məlumatına görə, tədbirdə çıxış edən gənclər və idman naziri yerli KİV nümayəndələrinə göstərdikləri marağa görə minnətdarlığını bildirib: “Biz nazirlik olaraq hər zaman siz jurnalistlərin üzünə açığıq. İstənilən məlumatı bizimlə dəqiqləşdirə bilərsiniz. Yeni əsrdə jurnalistika sahəsində çevik olmaq çox önəmlidir. Gecikmiş xəbər bu gün ictimaiyyətə maraqlı gəlmir. Sizin üzərinizə çox böyük məsuliyyət düşür və mövcud vəziyyət mənə deməyə əsas verir ki, Azərbaycan jurnalistləri peşəkarlıqda geri qalmırlar”.

ARGTMŞ sədri, millət vəkili Fuad Muradov layihəyə 2009-cu ildə start verildiyini xatırladıb: “Builki layihədə təmsil olunan jurnalistlər 2009-cu ildəki iştirakçılardan fərqlənirdi. Hər birinin qarşısında noutbook və internetə giriş göstərirdi ki, jurnalistika daha çevikləşib. Bu hal sözsüz ki, hər birimizi sevindirir və əgər jurnalistlər bu layihədən razı qalıblarsa, deməli, əziyyətimiz boşa getməyib”.

Bakı Dövlət Universitetini (BDU) kafedra müdiri Cahangir Məmmədli, Parlament Jurnalistlər Birliyinin sədri Elşad Eyvazlı da çıxışlarında bu cür layihələrin əhəmiyyətindən danışıblar.

Qeyd edək ki, “Jurnalistlərin qış məktəbi” layihəsində 22 KİV nümayəndəsi iştirak edib. Tədbir dekabrın 7-dən 10-na kimi İsmayıllı rayonunda baş tutub.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR