Bank Of Baku

Azərbaycan Televiziyası və Radiosunun verilişi Beynəlxalq Festivalın diplomuna layiq görülüb

Azərbaycan Televiziyası və Radiosunun verilişi Beynəlxalq Festivalın diplomuna layiq görülüb
# 14 dekabr 2011 17:33 (UTC +04:00)
Moskva. Fərid Əkbərov – APA. Azərbaycan radiosunun proqramı Beynəlxalq Festivalın diplomuna layiq görülüb. APA-nın Moskva müxbirinin verdiyi məlumata görə, “Azərbaycan televiziyası və radiosu” QSC-nin əlillər haqqında “Hamı kimi deyil” proqramı Beynəlxalq televiziya və radio akademiyası, Ümumrusiya Əlillər Cəmiyyəti, Rusiya Jurnalistlər Birliyi və Beynəlxalq Jurnalistlər Konfederasiyası tərəfindən təşkil olunan elektron KİV və internet layihələri Birinci Beynəlxalq Festivalın mükafatçısı olub. Moskvada keçirilən mükafatlandırma mərasimində festivalın diplomu Azərbaycan Televiziyası və Radiosunun Rusiya bürosunun rəhbəri Zakir Musayevə təqdim olunub.

Mərasimdə çıxış edən Zakir Musayev Azərbaycanın müstəqilliyini elan etdiyi ilk illərdə Qarabağ müharibəsi zamanı çoxlu sayda insanın həyatını itirdiyini və müharibə nəticəsində xeyli sayda insanın əlil qaldığını bildirib: “Bu gün həmin əlillərin sosial təminatı haqqında proqramı dəstəkləmək Azərbaycanda böyük əhəmiyyət kəsb edir”.

Qeyd edək ki, bu festival artıq dördüncü ildir ki, keçirilir. Festivalda Rusiya ilə yanaşı Finlandiya, Vatikan, Moldova və başqa ölkələrdən olan jurnalistlər də təmsil olunurlar.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR