Bank Of Baku

“Azərbaycanda jurnalistlərin həmkarlar hərəkatının durumu və gələcək inkişafı” mövzusunda keçirilən beynəlxalq konfransın yekun Bəyannaməsi qəbul edilib

“Azərbaycanda jurnalistlərin həmkarlar hərəkatının durumu və gələcək inkişafı” mövzusunda keçirilən beynəlxalq konfransın yekun Bəyannaməsi qəbul edilib
# 16 dekabr 2011 14:40 (UTC +04:00)
Bakı. Azər Mustafayev – APA. “Bu gün Azərbaycan jurnalistikasında həmkarlar təşkilatları yox səviyyəsindədir”. APA-nın məlumatına görə, bunu “Azərbaycanda jurnalistlərin həmkarlar hərəkatının durumu və gələcək inkişafı” mövzusunda keçirilən beynəlxalq konfransda Azərbaycan Jurnalistləri Birliyinin sədri Elçin Şıxlı deyib.

E. Şıxlı bildirib ki, şəxsi münasibətlər səviyyəsində görülən bəzi işləri nəzərə almasaq, jurnalistlər arasında əməkdaşlıq və həmrəylik yoxdur: “Həmkarlar təşkilatı müstəqil orqan kimi jurnalistlərin hüquqlarının müdafiəsi ilə məşğul olmalıdır. Bu sahədə hələ təmərküzləşmə prosesi gedir. Ümid edirəm ki, görülən işlər gələcəkdə öz bəhrəsini verəcək”.

Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının (AHİK) hüquq bölməsinin müdiri Leyla Acalova qeyd edib ki, həmkarlar təşkilatının yaranması həmrəy olduqdan sonra mümkündür: “Bir sıra dövlət qurumlarında fəaliyyət göstərən həmkarlar təşkilatı işçilərin hüquqlarının müdafiəsi ilə məşğul olur”.

“Paralel” qəzetinin baş redaktoru Tapdıq Abbas bildirib ki, jurnalistlərin həmkarlar təşkilatının olmaması medianın fəaliyyətində özünü göstərir.

Sonda konfransın Bəyannaməsi müzakirə olunaraq yekdilliklə qəbul edilib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR