Bank Of Baku

ABŞ-da Azərbaycan internet televiziyası və saytı fəaliyyətə başlayıb

ABŞ-da Azərbaycan internet televiziyası və saytı fəaliyyətə başlayıb
# 16 dekabr 2011 20:43 (UTC +04:00)
Bakı. Könül Cəfərli – APA. ABŞ-ın Alabama ştatında “Anadili TV” adlı Azərbaycan dilində internet televiziyası və eyni adda sayt fəaliyyətə başlayıb. Bu barədə APA-ya “Anadili TV”nin İdarə Heyətinin üzvü Nəvid Sultani məlumat verib. Onun sözlərinə görə, 24 saat yayımlanan televiziyanı www.anadilitv.com internet ünvanında yerləşən sayt vasitəsi ilə də canlı izləmək olar: “Azərbaycan diasporu üçün nəzərdə tutulan televiziya milli mədəniyyətimizə, tariximizə həsr olunan verilişlər hazırlayır. “Anadili TV”ni izləyə bilməyənlər eyni mövzu haqqında məlumatları və xəbərləri saytdan da əldə edə bilərlər”. Azərbaycan və fars dillərində fəaliyyət göstərən “Anadili TV” saytının oxucuları Azərbaycan xanəndələrinin ifaları, ziyalılarının müsahibələri, Qarabağla, Ermənistanın Azərbaycana təcavüzü ilə bağlı videolarla da tanış ola bilərlər. Nəvid Sultani yaxın zamanda “Anadili TV”nin peyk vasitəsilə yayımlanacağını da bildirib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR