Bank Of Baku

BDU-da Nəsir İmanquliyevin 100 illik yubileyinə həsr olunmuş respublika elmi-praktik konfransı keçirilib - FOTO

BDU-da Nəsir İmanquliyevin 100 illik yubileyinə həsr olunmuş respublika elmi-praktik konfransı keçirilib  - <font color=red>FOTO</font>
# 21 dekabr 2011 11:02 (UTC +04:00)
Bakı. Sevil Zeynalqızı - APA. Bu gün Bakı Dövlət Universitetində (BDU) əməkdar jurnalist, professor Nəsir İmanquliyevin 100 illik yubileyinə həsr olunmuş “Azərbaycan jurnalistikası qloballaşma dövründə: qaynaqlar və perspektivə baxış” adlı respublika elmi-praktik konfransın plenar iclası işə başlayıb. APA-nın məlumatına görə, iclasda çıxış edən BDU-nun rektoru Abel Məhərrəmov bildirib ki, Azərbaycanın ictimai-mədəni mühitində çox böyük yaradıcılıq izi qoyub getmiş Nəsir İmanquliyev Azərbaycan jurnalistikasında yeni məktəb yaradıb və bu məktəbin davamçılarını yetişdirib. Rektorun sözlərinə görə, N. İmanquliyev harada çalışmasından asılı olmayaraq, bütün anlarda Azərbaycanın milli dəyərlərinin inkişafına, elmə, maarifə xidmət edib: “Nəsir İmanquliyev mətbuata özünün milli vətənpərvərlik hisslərindən, ədəbi-mədəni dəyərlərə olan sevgisindən gəlib. Tale onu "Gənc işçi", "Kommunist", "Yeni yol" kimi qəzetlərinin redaksiyalarında püxtələşdirib”.
“Azərbaycan” qəzetinin baş redaktoru Bəxtiyar Sadıqov qeyd edib ki, 30 ildən çox "Bakı" və "Baku" qəzetlərinə rəhbərlik edən N.İmanquliyev işinin çoxluğuna baxmayaraq, bu qəzetlərin vaxtında çap etdirilməsinə nail olub.
BDU-nun Jurnalistika fakültəsinin kafedra müdirləri Cahangir Məmmədli «Jurnalist yaradıcılığının bəzi xarakterik xüsusiyyətləri», Həmid Vəliyev «Jurnalist təhsili: beynəlxalq təcrübə» adlı məruzələrlə çıxış ediblər.
Tədbirdə konfransla bağlı çap edilən kitabın təqdimatı da keçirilib. Qeyd edilib ki, elmi redaktorları dosent Sevinc Əliyeva və professor C. Məmmədlinin olduğu kitabda N.İmanquliyevin müasir Azərbaycan jurnalistikasının təşəkkülündəki xüsusi yeri, mətbuatın inkişafındakı əvəzsiz xidmətlərindən bəhs olunur.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR