Bank Of Baku

Xaçmazda “Region mediası bu gün: problemlər və perespektivlər” mövzusunda konfrans keçirilib – FOTO

Xaçmazda “Region mediası bu gün: problemlər və perespektivlər” mövzusunda konfrans keçirilib – <font color=red>FOTO</font>
# 21 dekabr 2011 13:59 (UTC +04:00)
Xaçmaz. Zaur Quliyev – APA. Bu gün Xaçmaz rayonunun Müqtədir qəsəbəsində “Regional Medianın İnkişafına Yardım” İctimai Birliyinin təşkilatçılığı ilə “Region mediası bu gün: problemlər və perespektivlər” mövzusunda konfrans keçirilib. APA-nın şimal bürosunun xəbərinə görə, konfrans regionda çalışan jurnalistlərin peşəkarlığının artırılmasına, region mətbuatının mövcud problemlərinin həlli yollarının araşdırılmasına həsr olunub. Tədbirdə millət vəkili Vahid Əhmədov, Milli Televiziya və Radio Şurasının üzvü Qafar Cəbiyev, “Regional Medianın İnkişafına Yardım” İctimai Birliyinin baş direktoru Məhsim Məhsimov, media ekspertləri və jurnalistlər iştirak edib. Konfransda regional medianın hazırkı vəziyyəti, vətəndaş cəmiyyətinin inkişafında medianın rolu, regional mediada peşəkarlıq problemi, Azərbaycanda son 5 ildə regional elektron KİV-in təkmilləşdirilməsi, regional medianın iqtisadi dayaqları və reklam bazarı və digər mövzular müzakirə olunub. M. Məhsimov maarifləndirici xarakter daşıyan bu kimi tədbirlərin digər bölgələrdə də keçirilməsinin vacibliyini bildirib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR