Bank Of Baku

Nəsir İmanquliyevin 100 illik yubileyinə həsr olunmuş tədbir keçirilib - FOTOSESSİYA

Nəsir İmanquliyevin 100 illik yubileyinə həsr olunmuş tədbir keçirilib - <font color=red>FOTOSESSİYA</font>
# 22 dekabr 2011 12:47 (UTC +04:00)
Bakı. Sevil Zeynalqızı - APA. Bakı Dövlət Universitetində (BDU) əməkdar jurnalist, professor Nəsir İmanquliyevin 100 illik yubileyinə həsr olunmuş tədbir keçirilib. APA-nın məlumatına görə, tədbirdə çıxış edən BDU-nun rektoru Abel Məhərrəmov bildirib ki, N. İmanquliyev Azərbaycanın milli dəyərlərinin inkişafına, elmə, maarifə, jurnalistikanın inkişaf etdirilməsinə xidmət edib: “Azərbaycanın ictimai-mədəni mühitində çox böyük iz qoyub getmiş Nəsir İmanquliyev Azərbaycan jurnalistikasında yeni məktəb yaradıb və bu məktəbin davamçılarını yetişdirib. O, mətbuata özünün milli-vətənpərvərlik hisslərindən, ədəbi-mədəni dəyərlərə olan sevgisindən gəlib. Tale onu "Gənc işçi", "Kommunist", "Yeni yol" kimi qəzetlərin redaksiyalarında püxtələşdirib”.

BDU-nun jurnalistika fakültəsinin müəllimi Şirməmməd Hüseynov çıxışı zamanı qeyd edib ki, Azərbaycan dövlətinə və xalqına xidmət göstərmiş şəxslərin yubileylərinin dövlət səviyyəsində keçirilməsi məqsədəuyğundur: “Amma belə yubileylərin keçirilməsi ilə yanaşı, həm də həmin şəxsiyyətlərin Azərbaycan millətinə xas olan keyfiyyətlərini də araşdırılmalıyıq. Sonra bu nümunələri gənclərə göstərməliyik ki, biz belə vətənpərvər və qeyrətli insanların övladlarıyıq”.

Tədbirdə çıxış edən Moskva Dövlət Universitetinin Bakı filialının rektoru Nərgiz Paşayeva Azərbaycanda jurnalistika peşəsinin tarixinə nəzər salıb. O, jurnalistikanın gənc peşə olduğunu deyib. N. Paşayeva bildirib ki, vaxtilə Həsən bəy Zərdabi, Məhəmməd Ağa Şahtaxtlı, Ömər Faiq Nemanzadə kimi şəxsiyyətlərin əməyi olmasaydı Azərbaycanda jurnalistika bu qədər inkişaf edə bilməzdi. Babası N. İmanquliyevin yaradıcılığı haqqında danışan N. Paşayevanın sözlərinə görə, mərhum “Baku” və “Bakı” qəzetlərinin ərsəyə gəlməsi üçün ətrafında jurnalistika peşəsini dərindən bilən jurnalist ordusu toplamışdı: “Nəsir İmanquliyev bununla sübut etdi ki, Azərbaycan xalqına və ictimaiyyətə təkbaşına xidmət göstərmək olmaz. O, bu istiqamətdə güclü ziyalı ordusu ilə bərabər çalışırdı”.

Tədbir digər iştirakçıların çıxışları və əbədi hissə ilə davam etdirilib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR