Bank Of Baku

BSU-da görkəmli jurnalist Nəsir İmanquliyevin xatirəsi yad olunub

BSU-da görkəmli jurnalist Nəsir İmanquliyevin xatirəsi yad olunub
# 23 dekabr 2011 14:43 (UTC +04:00)
Bakı. Ülkər Qasımova – APA. Bu gün Bakı Slavyan Universitetinin (BSU) Jurnalistika və Azərbaycan filologiyası fakültəsində tanınmış ictimai-siyasi xadim, əməkdar jurnalist Nəsir İmanquliyevin anadan olmasının 100 illiyinə həsr edilmiş yubiley mərasimi keçirilib. APA-nın məlumatına görə, tədbirdə BSU-nun alim və professorları, jurnalistlər və alimin tələbələri də iştirak ediblər. Tədbirdə çıxış edən BSU-nun Jurnalistika və Azərbaycan filologiyası fakültəsinin dekanı, dosent S. Məmmədov Nəsir İmanquliyevin elmi və pedaqoji fəaliyyətindən danışıb, onun yaradıcılığının gənc jurnalistlər üçün böyük örnək olduğunu bildirib. Jurnalistika nəzəriyyəsi və təcrübəsi kafedrasının müdiri dosent E.Babayev jurnalistin zəngin yaradıcılığının əhəmiyyətini vurğulayıb, onunla bağlı xatirələrini bölüşüb. Jurnalistika nəzəriyyəsi və təcrübəsi kafedrasının müəllimi G.Baqvanova, fakültə dekanının müavini X.Hüseynova, Yeni media və kommunikasiya texnologiyaları kafedrasının müdiri A.Bəşirli müəllimləri Nəsir İmanquliyevlə bağlı xatirələri ilə bölüşüblər. Onlar Nəsir müəllimin yaradıcı gənclərə son dərəcə xeyirxah münasibətini xüsusi qeyd edərək bildiriblər ki, belə bir münasibətin əsasında Nəsir müəllimin şəxsiyyətinə xas olan vətənpərvərlik, xalqa məhəbbət və bu xalqın gələcəyi ilə bağlı şəxsi məsuliyyət hissi dururdu.

Tədbirdə iştirak edən BSU-nun tərbiyə işləri üzrə prorektoru, dosent O.Səmədov bu cür tədbirlərin keçirilməsinin Azərbaycan jurnalistikası üçün mühüm əhəmiyyət kəsb etdiyini vurğulayıb və qeyd edib ki, gənc jurnalistlər Nəsir İmanquliyevin irsini öyrənməlidirlər, çünki onun miras qoyduğu jurnalistika üslubu olduqca zəngindir, yaradıcı fəaliyyəti isə böyük bir məktəbdir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR