Bank Of Baku

İctimai Televiziya və Radio Yayımları Şirkətinin əməkdaşlarına orden və medallar təqdim edilib – FOTO

İctimai Televiziya və Radio Yayımları Şirkətinin əməkdaşlarına orden və medallar təqdim edilib – <font color=red>FOTO </font>
# 24 dekabr 2011 09:10 (UTC +04:00)
Bakı. Ülkər Qasımova – APA. Azərbaycan prezidenti İlham Əliyevin sərəncamı ilə televiziya və radionun inkişafındakı xidmətlərinə görə təltif olunmuş İctimai Televiziya və Radio Yayımları Şirkətinin əməkdaşlarına orden və medallar təqdim edilib. İctimai Teleradionun ictimaiyyətlə əlaqələr və monitorinq şöbəsindən APA-ya verilən məlumata görə, mərasimdə iştirak edən Prezident Administrasiyası (PA) ictimai siyasi məsələlər şöbəsinin müdiri Əli Həsənov dövlət tərəfindən kütləvi informasiya vasitələrinə hər zaman qayğı və diqqətin olduğunu və bu siyasətin davam edəcəyini deyib. Ə.Həsənov prezident İlham Əliyev tərəfindən Azərbaycan televiziya və radiosunun inkişafında xidmət göstərən şəxslərin təltif olunmasını dövlətin diqqətinin təzahürü kimi dəyərləndirib. İctimai televiziyanın fəaliyyət göstərdiyi 6 il müddətində böyük uğurlara imza atdığını deyən PA şöbə müdiri bu uğurların televiziyanın kollektivinin böyük zəhməti hesabına başa gəldiyini vurğulayıb. Ə. Həsənov qeyd edib ki, İctimai televiziya yarandığı gündən öz proqramlarında ictimai maraqları əsas tutub.

Qeyd edək ki, İctimai Teleradionun ümumilikdə 10 əməkdaşı orden, medal və fəxri adlarla təltif olunub. Mükafatlandırılan əməkdaşlar göstərilən diqqət və qayğıya görə dövlətə və prezidentə öz təşəkkürlərini bildiriblər.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR