Bank Of Baku

ATƏT-in media azadlığı üzrə nümayəndəsi Cabbar Savalanlının əfvini alqışlayır

ATƏT-in media azadlığı üzrə nümayəndəsi Cabbar Savalanlının əfvini alqışlayır
# 28 dekabr 2011 07:12 (UTC +04:00)
Bakı. Habil Süleymanzadə - APA. ATƏT-in media azadlığı üzrə nümayəndəsi Dunya Miyatoviç Cabbar Savalanlının əfv edilməsini alqışlayıb. APA-nın məlumatına görə, Miyatoviç bəyanatında bildirib: “Mən prezident İlham Əliyevin Savalanlını əfv etmək qərarını alqışlayır, bunu Azərbaycanda ifadə azadlığı üçün ruhlandırıcı addım kimi qiymətləndirirəm. Bütün ATƏT məkanında hökumətlərin ATƏT-in media azadlığı öhdəlikləri çərçivəsində açıq ictimai debatlara hörmətlə yanaşmaları mühümdür. Ümid edirəm ki, Savalanlıya qarşı qaldırılmış cinayət işi bağlanacaq”.

D. Miyatoviç blogger Bəxtiyar Hacıyevin də tezliklə azad ediləcəyinə ümid etdiyini bildirib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR