Bank Of Baku

Nuşirəvan Məhərrəmli: “Belə getsə, Azərbaycan telekanallarında izdivac verilişlərini dayandıracağıq”

Nuşirəvan Məhərrəmli: “Belə getsə, Azərbaycan telekanallarında izdivac verilişlərini dayandıracağıq”
# 30 dekabr 2011 10:01 (UTC +04:00)
Bakı. Kəmalə Quliyeva – APA. “Azərbaycan telekanallarındakı izdivac verilişləri Milli Televiziya və Radio Şurasını çox narahat edir. Belə davam edərsə, Şura bu verilişləri dayandırmaq məcburiyyətində qalacaq”. APA-nın məlumatına görə, bunu Milli Televiziya və Radio Şurasının (MTRŞ) sədri Nuşirəvan Məhərrəmli 2011-ci ilin yekunlarına həsr olunmuş iclasda bildirib.

MTRŞ sədri qeyd edib ki, gələcəkdə telekanalların musiqi redaksiyaları ilə bağlı da qərar veriləcək və musiqi redaksiyalarındakı keyfiyyətsizlik aradan qalxacaq: “Efirə çıxarmağa layiq olmayanların efirə buraxılması halları çoxdur. Qeyri-demokratik qərar olsa da, teleradio kanallarında bədii şuraların yaradılmasını tələb etməliyik”.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR