Bank Of Baku

MTRŞ-nin rəqəmsal yayıma keçidlə bağlı əhalinin aztəminatlı təbəqəsi üçün dekoderlərin alınması barədə prezidentə müraciətinə hökumət baxır

MTRŞ-nin rəqəmsal yayıma keçidlə bağlı əhalinin aztəminatlı təbəqəsi üçün dekoderlərin alınması barədə prezidentə müraciətinə hökumət baxır
# 30 dekabr 2011 10:02 (UTC +04:00)
APA-nın xəbərinə görə, bunu şurada 2011-ci ilin yekunlarına həsr olunan iclasda MTRŞ sədri Nuşirəvan Məhərrəmli bildirib. N. Məhərrəmli deyib ki, müraciətin müsbət həlli gözlənilir: “Belə olacağı halda 120 min aztəminatlı insan rəqəmsal yayım üçün dekoderlərdən yararlanacaq. Əgər bu baş verərsə, yaxın 1-2 ay ərzində Azərbaycan ərazisində tam şəkildə rəqəmsal yayıma keçiləcək”.

Şura sədri onu da deyib ki, hazırda Azərbaycanın teleradio kanalları rəqəmsal yayıma keçməyə tam hazırdırlar: “Azərbaycan dövləti ölkə ərazisinin 85 faizini rəqəmsal yayıma keçmək üçün hazırlanıb. Dekabrın 22-dən Azərbaycan ərazisində bütün telekanallar məcburi surətdə rəqəmsal yayımla analoq yayımı paralel olaraq həyata keçirirlər. Əsas məqsəd isə 2012-ci ildə ölkədə analoq yayımı dayandırmaqdır. Bununla bağlı beynəlxalq təcrübə də öyrənilib”.

MTRŞ sədri onu da deyib ki, bu il Avropanın 20-dən çox ölkəsi də analoq yayımı dayandırıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR