Bank Of Baku

Azərbaycan hökumətində internet televiziyaların tənzimlənməsi məsələsi müzakirə olunmur

Azərbaycan hökumətində internet televiziyaların tənzimlənməsi məsələsi müzakirə olunmur
# 30 dekabr 2011 10:16 (UTC +04:00)
APA-nın məlumatına görə, bu barədə Milli Televiziya və Radio Şurasının sədri Nuşirəvan Məhərrəmli 2011-ci ilin yekunlarına həsr olunmuş iclasda bildirib.

N. Məhərrəmli deyib ki, Avropa ölkələrinin tənzimləyici qurumlarının, nazirlərinin iştirakı ilə keçirilən son toplantıda da bu məsələ ilə bağlı yekun qərar verilməyib: “Söz və mətbuat azadlığına mane olmadan bu sahələrin hansısa formada tənzimlənməsi lazımdır. Lakin hələlik bu yol tapılmayıb. Azərbaycan gözləyir ki, Avropa ölkələri bununla bağlı yekun qərar versin, biz də buna uyğun internet televiziyaların tənzimlənməsinə dair qərar çıxaraq. Şəxsi qənaətimə görə, internet televiziya və radiostansiyalar tənzimlənməli, bu sahədə özbaşınalıq, anarxiya olmamalıdır”.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR