Bank Of Baku

Nuşirəvan Məhərrəmli: “Azərbaycanda Televiziya Akademiyasının açılması artıq zərurətə çevrilib”

Nuşirəvan Məhərrəmli: “Azərbaycanda Televiziya Akademiyasının açılması artıq zərurətə çevrilib”
# 30 dekabr 2011 10:43 (UTC +04:00)
APA-nın xəbərinə görə, bunu Milli Televiziya və Radio Şurasının (MTRŞ) sədri Nuşirəvan Məhərrəmli Şuranın 2011-ci ilin yekunlarına həsr olunan iclasında çıxışı zamanı bildirib. O qeyd edib ki, Televiziya Akademiyasının açılması artıq zərurətə çevrilib: “Televiziya XXI əsrdə sürətlə inkişaf edən və cəmiyyətin həyatına böyük təsir göstərən sahə olduğuna görə, gələcəkdə bu məsələyə baxılmalı və Televiziya Akademiyası yaradılmalıdır. Mən demirəm ki, bu, çox böyük bir qurum olsun. Televiziya Akademiyasında televiziya və radio ilə bağlı bütün ixtisaslar öz əksini tapmalıdır. Bu qurum hansısa teleradio şirkətinin nəzdində deyil, Milli Televiziya və Radio Şurasında yaradılmalıdır. Çünki şura ölkədəki bütün teleradio şirkətləri üçün qəbul olunan bir qurumdur. Gələcəkdə dövlət bu məsələyə müsbət yanaşarsa, şura buna yalnız sevinər”.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR