Bank Of Baku

MTRŞ sədri: “Milli filmlərin yayımı üçün telekanalların ödədiyi məbləğin azaldılması barədə müraciətimiz öz həllini tapmayıb”

MTRŞ sədri: “Milli filmlərin yayımı üçün telekanalların ödədiyi məbləğin azaldılması barədə müraciətimiz öz həllini tapmayıb”
# 30 dekabr 2011 11:01 (UTC +04:00)
Bakı. Kəmalə Quliyeva – APA. “Təəssüf ki, milli filmlərin yayımı üçün telekanalların ödədiyi məbləğin azaldılması ilə bağlı müraciətimiz hələlik öz həllini tapmayıb”. APA-nın xəbərinə görə, bunu Milli Televiziya və Radio Şurasının (MTRŞ) sədri Nuşirəvan Məhərrəmli 2011-ci ilin yekunları ilə bağlı Şuranın bu gün keçirilən iclasında bildirib. O deyib ki, bu məsələ indi, MTRŞ-nin gələn ilin mayın 1-də ölkə teleradio məkanında xarici serialların dayandırılması ilə bağlı qərarından sonra daha da aktuallaşıb: “Bununla bağlı Mədəniyyət və Turizm Nazirliyinə və Müəllif Hüquqları Agentliyinə müraciət etmişik. Bu məsələ uzun müddətdir müzakirə olunsa da, hələ ki, cavablandırlmayıb. Telekanallar həm sovet dövründə, həm də müstəqillik illərində çəkilən filmlərin hər saatının yayımı üçün 70 manat vəsait ödəyirlər. Bu məbləğ çox bahadır. Əgər bu filmlər dövlət büdcəsindən çəkilibsə, onların yayımı üçün də ödənilən məbləğ çox simvolik – 5-10 manat civarında olmalıdır. Həmin vəsait ancaq filmlərin saxlanmasına və yenilənməsinə sərf edilməlidir. Bu, həm də regional kanallar üçün stimul ola bilər. Çünki onların həmin filmləri sözügedən məbləğə almaq imkanları yoxdur”.
Ölkə prezidentinin sərəncamı ilə bu ilin sentyabrında milli televiziya filmlərinin və serialların çəkilməsi üçün 5 milyon manat vəsait ayrıldığını xatırladan şura sədri eyib ki, bu vəsaitin bir hissəsi artıq telekanallar arasında bölüşdürülüb. Buna uyğun olaraq artıq bütün telekanallarda milli serialların və televiziya filmlərinin çəkilişlərinə başlanılıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR