Bu il Mətbuat Şurasına 651 müraciət daxil olub - FOTO
Şura sədri deyib ki, 2011-ci ildə Şuraya ümumilikdə 651 müraciət daxil olub ki, onlardan 499-nu kütləvi informasiya vasitələrində gedən materiallardan şikayətlər təşkil edib. Həmin şikayətlərdən 301-i Katiblik səviyyəsində həllini tapıb. Digər 198 halda şikayətçi və cavabdeh tərəf arasında razılığa gəlinmədiyindən məsələlər və onlarla bağlı toplanmış materiallar baxılmaq üçün Şuranın müvafiq komissiyalarına təqdim edilib. 198 müraciətdən 128-i bilavasitə Şuranın Şikayətlər üzrə Komissiyasında araşdırılıb ki, onlardan 92-i komissiya səviyyəsində həllini tapıb. Komissiyanın MŞ-nin İdarə Heyətinə təqdim etdiyi 36 rəyin 24-ü əsasında qərarlar çıxarılıb. İdarə Heyəti digər 9 qərarını və 1 xüsusi rəyini çıxararkən «Reket jurnalistika»ya qarşı mübarizə Komissiyasının rəyinə istinad edib. Beləliklə Şuranın İdarə Heyətin 2011-ci ildə ümumilikdə 33 qərar və 1 xüsusi rəy çıxarıb.
MŞ İdarə Heyətinin üzvləri, «İki sahil» qəzetinin baş redaktoru Vüqar Rəhimzadə, «525-ci qəzet»in baş redaktoru Rəşad Məcid çıxışlıranda hesabatın MŞ-nin bütün fəaliyyət istiqamətlərini kifayət qədər əhatə etdiyini bildirərək oradakı konkret məqamların daha detallı şəkildə cəmiyyətə çatdırılmasını təklif ediblər. İH üzvləri bunu və hesabat ətrafında səslənən digər fikirləri müzakirə edərək onu məqbul qiymətləndiriblər və qərara alınıb ki, yanvar ayının ilk ongünlüyündə sənəd ayrıca toplantı keçirilərək ictimaiyyətə açıqlansın.
MŞ-nin 2012-ci ildəki fəaliyyət planının müzakirəsi zamanı əsasən diffamasiya ilə bağlı təşəbbüslərin dəstəklənməsi, jurnalistlərin sosial vəziyyətlərinin yaxşılaşdırılması üçün onların həmkarlar ittifaqlarında təmsilçiliyinin real işlək mexanizmlərinin hazırlanması yolları, KİV-lərdə reklam və elanların yerləşdirilməsinə dair qabaqcıl beynəlxalq təcrübənin öyrənilməsi və tətbiqi istiqamətində işlərin görülməsi, internet medianın Şuranın medianın özünütənzimləmə obyektinə daxil edilməsi ətrafında diskussiyalar gedib.
MŞ sədri Ə.Amaşov Şuranın ötən il ATƏT-in Bakı ofisinin ekspert dəstəyi ilə diffamasiya haqqında qanun layihəsi hazırladığını və sənədin ölkə parlamentinə təqdim olunduğunu qeyd edib. O, bu günlərdə Azərbaycan prezidenti tərəfindən təsdiqlənən «Azərbaycan Respublikasında insan hüquq və azadlıqlarının müdafiəsinin səmərəliliyini artırmaq sahəsində Milli Fəaliyyət Proqramı»ında da diffamasiya məsələsinə önəm verildiyini deyərək bildirib ki, sənəddə diffamasiyaya görə cinayət məsuliyyətinin aradan qaldırılması məqsədilə qanunvericiliyin təkmilləşdirilməsinə dair təkliflərin hazırlanması nəzərdə tutulub. Ə.Amaşov Şuranın mövcud istiqamətdəki təşəbbüslərə dəstək verməsinin zəruriliyini vurğulayıb.
MŞ sədrinin müavini, Jurnalistlərin Həmkarlar İttifaqının sədri Müşfiq Ələsgərli jurnalistlərin Həmkarlar İttifaqları Konfederasiyasında təmsilçiliyinin forması ilə bağlı məlumat verib. O deyib ki, hazırda bu təmsilçilik mədəniyyət işçiləri ilə birgə həyata keçirilir. İndiki mexanizmin müstəqil şəkildə müəyyənləşdirilməsi, bununla bağlı işlərin görülməsi vacib əhəmiyyət daşıyır.
MŞ İdarə Heyətinin üzvü, “Azəri-Press“ Agentliyinin baş direktoru Vüsalə Mahirqızı bildirib ki, KİV-də reklam və elanların yerləşdirilməsində reklamvericilərin də mənafeyi nəzərə alınmalı, qanunvericilikdə mövcud istiqamətdə müəyyən yumşalmaların aparılması üçün təkliflər irəli sürülməlidir. Elə mexanizm yaradılmalıdır ki, mediada reklam vermək sifarişçilər üçün də sərfəli olsun. Bu hal reklamların sayını artırar və müvafiq olaraq KİV-lərin də durumunun müsbətə doğru dəyişməsini təmin edər. Ə.Amaşov mövcud istiqamətdəki beynəlxalq təcrübənin öyrənilməsinin də zəruriliyini önə çəkib. O, Şuranın hələ ötən ildən başlayaraq bununla bağlı Türkiyənin müvafiq qurumu ilə əməkdaşlıq etdiyini diqqətə çatdırıb.
İnternet portalların ictimai tənzimlənməsinin həyata keçirilməsinə gəlincə bildirilib ki, bu məsələdə həm belə bir məsələni zəruri edən səbəblər kifayət qədər əsaslandırılmalı və cəmiyyətə çatdırılmalıdır, həm də tənzimləmə elə formada olmalıdır ki, söz və ifadə azadlıqları ilə əlaqədar prinsiplərə riayət edilsin. V.Mahirqızı və MŞ İdarə Heyətinin digər üzvü, «Paralel» qəzetinin baş redaktoru Tapdıq Abbas bunun Şuranın tərkibində internet mediaya ictimai tənzimlənməni reallaşdıracaq ayrıca qurum yaratmaqla həyata keçirilməsinin daha optimal variant olduğunu vurğulayıblar.
Müzakirələrdən sonra MŞ-nin 2012-ci il üçün fəaliyyət prioritetləri müəyyənləşdirilib. Bunlar diffamasiya ilə bağlı qanunvericilik təşəbbüslərinin dəstəklənməsindən, KİV-in maddi bazasının daha da gücləndirilməsi məqsədilə reklam bazarının genişləndirilməsinə yönələn tədbirlərin həyata keçirilməsindən, MŞ-də internet medianın tənzimlənməsi ilə əlaqədar komissiyanın yaradılmasından, onun fəaliyyət mexinizminin dəqiqləşdirilməsindən, MŞ-nin qaydalarında internet media fəaliyyətinin müxtəlif formalarına dair zəruri qeydlərin təsbitindən, jurnalistlərin peşəkarlıqlarının artırılması, bu məqsədilə xüsusi işlək mexanizmin tətbiqinə sistemli dəstək göstərəcək ayrıca qurumun formalaşdırılması istiqamətində işlərin görülməsindən, jurnalistlərin həmkarlar ittifaqı hərəkatındakı təmsilçiliyinin gücləndirilməsindən ibarətdir.
Media
Lent.az-ın 18 yaşı tamam olur
Azərbaycan, Serbiya və Türkiyə arasında media sahəsi üzrə təcrübə mübadiləsi keçirilib
MEDİA: Bəzi saytlarda DİM-in məlumatları şişirdilmiş başlıqlarla verilib, bu, qəbuledilməzdir
Jurnalist vəsiqəsinin verilməsinə və dəyişdirilməsinə görə ödəniş ləğv edilir
Xəbər Lenti
Cəlilabadda ev yanıb
İran XİN ABŞ-ın hava zərbələrinə reaksiya verib
Leyla Əliyeva və Arzu Əliyeva “CandyFest” yay festivalını ziyarət edib və “Sehrli mirvari” su sirki şousunu izləyiblər - FOTO
Leyla Əliyeva və Arzu Əliyeva Bakı Bulvarında mövsümi güllərin əkilməsi aksiyasında iştirak ediblər - FOTO
Leyla Əliyeva və Arzu Əliyeva Dənizkənarı Milli Parkda açılış və təqdimat mərasimlərində iştirak ediblər - FOTO
Baltikyanı ölkələr Aİ-ni Rusiyadan neft idxalına qadağanı sürətləndirməyə çağırıb
Rusiya və Çin hərbi təyyarələri Cənubi Koreyanın hava sahəsinə yaxınlaşıblar
Ukrayna Volqoqradda "İsgəndər" komplekslərinin istehsal olunduğu müəssisəni vurub - VİDEO
DÇ-2026: Belçika və Misir pley-offda, İran gözləyəcək
DÇ-2026: İspaniya və Kabo - Verde 1/16 finalda!
Bakı və Abşeron yarımadasının bəzi yerlərində leysan yağır - FAKTİKİ HAVA
Nyu-York birjasında təbii qaz ucuzlaşıb
Azərbaycan nefti 74 dollara ticarət olunur
Əmtəə bazarlarında qızıl və gümüş bahalaşıb
İranda polis postuna silahlı hücum olub, iki əməkdaş ölüb
DYP sürücülərə və digər hərəkət iştirakçılarına hava şəraiti ilə bağlı xəbərdarlıq edib
FHN hava şəraiti ilə əlaqədar əhaliyə müraciət edib
“Brent” nefti 4%-dən çox ucuzlaşıb
Dünya fond bazarlarının əsas indeks göstəriciləri
Abşeron yarımadasının bəzi ərazilərində leysan, dolu gözlənilir
Səudiyyə Ərəbistanı Fars körfəzində neft yükləməsini bərpa edib
Dövlət Departamenti: Livan sazişi İsrail qüvvələrinin geri çəkilməsini nəzərdə tutur
Venesuela sahillərində 4,9 bal gücündə zəlzələ qeydə alınıb
Tramp yeni ABŞ pasport dizaynını təqdim edib
SEPAH Yaxın Şərqdə ABŞ qüvvələrinə qarşı zərbələr endirdiyini açıqlayıb
Çin 2026-cı ilin ilk rübündə 184,1 milyard dollar cari profisit əldə edib
Netanyahu Livan razılaşmasını İrana zərbə adlandırıb
Vens: ABŞ İranla memorandumla bağlı fikir ayrılıqlarını müzakirə etməyə hazırdır
SEPAH ABŞ-ın Hörmüz boğazındakı hədəfləri vurmasına cavab verəcəyini açıqlayıb
DÇ-2026: Fransa və Norveç 1/16 finala vəsiqə qazanıb
ABŞ Hörmüz boğazında İranla əlaqəli hədəfləri vurub
Tramp yenidən İranı atəşkəsi pozmaqda ittiham edib
Netanyahu: Livanla danışıqlar uğurla başa çatıb, lakin İsrail ordusu Livanın cənubundan çəkilməyəcək
Britaniya Ukraynaya 1 milyard dollarlıq kredit üçün Dünya Bankına zəmanət verib
Ermənistan ordusunun hərbi qulluqçusu ölüb
İsrail və Livan ABŞ dövlət katibi Marko Rubionun iştirakı ilə çərçivə sazişi imzalayıb - YENİLƏNİB
Venesuelada zəlzələdə ölənlərin sayı 920-yə çatıb, 3360 nəfər yaralanıb, 50 mindən çox insan itkin düşüb - VİDEO - YENİLƏNİB-5
Azərbaycanın namizədi BMT-nin Qadınlara qarşı ayrı-seçkiliyin aradan qaldırılması üzrə Komitəsinin üzvlüyünə seçilib
Dilarə Səlim Mədəniyyət televiziyasının direktoruluğundan kənarlaşdırılması ilə bağlı məsələyə aydınlıq gətirib
Hakan Fidan: Rusiya və Ukraynanı yenidən danışıqlar masası ətrafında toplamağa hazırıq
Oman Avropaya Hörmüz boğazından keçmək üçün mümkün rüsumlarla bağlı xəbərdar edib
Səfərbərlik Xidmətinin rəisi: Hərbi xidmət müddətinin azaldılması və ödənişli hərbi xidmət gündəlikdə deyil - MÜSAHİBƏ
Tramp İranı Hörmüzdəki gəmilərə dron ataraq atəşkəsi pozmaqda günahlandırıb
Gürcüstan parlamentinin iclasında dava düşüb - VİDEO
Xəstəxanaya yerləşdirilən Xalq şairi Nəriman Həsənzadənin vəziyyəti açıqlanıb
Nazir: Hörmüz boğazında qalan Türkiyə gəmiləri bölgədən ayrılıb
Kadir İnanır vəfat edib
Putin Lukaşenko ilə görüşüb
Putin orduda müqavilə əsasında xidmət edən əcnəbilərin deportasiyasını qadağan edib
İsrail ordusu: Livanın cənubunda 7 "Hizbullah" üzvü öldürülüb