Bank Of Baku

Azərbaycan Mətbuat Şurası səyyar qəzet satışının lisenziyalaşdırılmasına kömək göstərilməsi xahişilə Bakı Şəhər İcra Hakimiyyətinə müraciət edib

Azərbaycan Mətbuat Şurası səyyar qəzet satışının lisenziyalaşdırılmasına kömək göstərilməsi xahişilə Bakı Şəhər İcra Hakimiyyətinə müraciət edib
# 06 yanvar 2012 13:52 (UTC +04:00)
MŞ-dan APA-ya verilənməlumata görə, müraciətdə ümumilikdə Azərbaycanda qəzet satışının qurulmasında mühüm vasitə olan səyyar yayım işinin lisenziyalaşdırılmasına kömək göstərmək xahiş edilib.

Müraciətdə qeyd edilib ki, bu günlərdə bir sıra səyyar qəzet satıcıları mövcud sahədəki çətinliklərlə əlaqədar Mətbuat Şurasına müraciət ünvanlayıb və həmin sənəd MŞ-də müzakirə olunub.

Həmçinin xatırladılıb ki, 2005-ci ildə oxşar problem şəhərin mərkəzində qəzet stendlərində satışla bağlı da yaranıb. Həmin vaxt Mətbuat Şurası ilə Bakı Şəhər İcra Hakimiyyəti arasında əldə olunmuş razılığa əsasən, mövcud istiqamətdə fəaliyyət göstərən şəxslər BŞİH-in Ticarət və Xidmət Departamenti tərəfindən müvafiq lisenziya ilə təmin olunmuşdu və məsələ həllini tapmışdı. Müraciətdə eyni zamanda dünya təcrübəsində rast gəlinən səyyar qəzet satışının ölkəmizin kütləvi informasiya vasitələrinin iqtisadi imkanları baxımdan da effektivliyi əsaslandırılıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR