“Yeni mediada söz azadlığı” mövzusunda panel olub və “Media açarı -2011” mükafatları təqdim edilib - FOTOSESSİYA
Tədbirdə Rusiyanın www.arqumenti.ru portalının baş redaktoru Dmitri Fedetov, “APA Group”un baş direktoru Vüsalə Mahirqızı və “Yeni Müsavat” qəzetinin internet versiyasının rəhbəri Xalid Kazımlı çıxış edib.
D. Fedetov bildirib ki, Rusiyada mətbuatın vəziyyəti digər postsovet ölkələrindən elə də fərqlənmir: “Yazılı və internet mətbuatında azadlığa nail olmaq mümkün olsa da, televiziyada bu məsələdə çətinliklər var. Məsələn, Rusiyada televiziyalar tam dövlətin nəzarətindədir. Əlbəttə, kənardan hər şey yaxşı görünür”. D. Fedetov eyni zamanda ölkəsində “Diffamasiya haqqında” qanunun qəbul edildiyini də deyib. Rusiyalı mütəxəssis Rusiyada internetə nəzarət edən qurumun yaradılması istiqamətində müzakirələrin intensivləşdiyini də bildirib.
“APA Group”un baş direktoru Vüsalə Mahirqızı isə çıxışında bildirib ki, Azərbaycanda da söz və ifadə azadlığı sahəsində müəyyən problemlər var. O deyib ki, “Diffamasiya haqqında” qanunun qəbul edilməməsi bununla bağlı səslənən iradlardan biridir: “Lakin mən hesab etmirəm ki, bu gün ölkədə internet media və sosial şəbəkələrin fəaliyyəti ilə bağlı problem var. Bu sahədə kifayət qədər azadlıq var, hətta bu gün Azərbaycanda ən azad fəaliyyət göstərən media növünün internet media olduğunu da deyə bilərəm. Bəzən internetə nəzarət üçün şuralar və sair yaradılacağı ilə bağlı bəzi fikir və gümanlara rast gəlinir. Amma hələ ki, bununla bağlı hər hansı rəsmi açıqlama olmayıb, ümid edirəm ki, gələcəkdə də belə bir şey olmayacaq”.
V. Mahirqızı deyib ki, o hələ layihə müzakirəyə çıxarılandan “Diffamasiya haqqında qanun”un qəbulunun tərəfdarı olub: “Bu qanunun qəbulunun xüsusi dəyişiklik vəd etdiyini düşünmürəm. İstənilən qanun o vaxt effektli olur ki, onun icraçıları, nəzarətçiləri və bu qanunla işləyənlər qanunun tələblərinə əməl eləsinlər. Yalnız bu təfəkkürlə yanaşma qanunu effektli edə bilər. Amma mən hesab edirəm ki, Azərbaycan bu qanunu qəbul etməklə beynəlxalq təşkilatların daha bir iradını bitirmiş olar”.
V. Mahirqızı deyib ki, o, Kütləvi İnformasiya Vasitələrinə Dövlət Dəstəyi Fondunun fəaliyyətini alqışlayır: “Lakin mənim şəxsi fikrim belədir ki, indiki halda internet media üçün belə bir fond yaradılmasına və vəsait ayrılmasına ehtiyac yoxdu. İnternet medianın reklam almaq imkanları var. Daha çox reklam almaq üçün mühit liberallaşdırılsa, bu daha effektli olar. Belə şəraitdə hansı media qurumunun yaşamaq, inkişaf etmək perspektivinin olduğu da təbii seçmə ilə müəyyənləşər”.
V. Mahirqızı Azərbaycanda internet media sahəsindəki problemlərə də toxunub. O deyib ki, internet resursların fors-major hallarda çökməsi reallıqdır: “Məsələn, Dövlət Neft Akademiyasında baş verən məlum hadisə zamanı Azərbaycandakı internet resursların işlək mexanizmində ciddi çətinliklər yaranmışdı. Təhlükəsizlik məsələsi, texniki problemlər, qanunlara internet media ilə bağlı dəyişikliklər edilməsi ilə bağlı da çoxlu problemlər mövcuddu. Bu isə sahənin yeni formalaşmaqda olması ilə bağlıdır”.
“Yeni Müsavat” qəzetinin internet versiyasının baş redaktoru Xalid Kazımlı da internet medianın problemlərindən danışıb. O deyib ki, ölkə mediasına xas olan problemlər onların da portalında var. “ Diffamasiya haqqında” qanunun vacibliyini qeyd edən X. Kazımlı bu qanunun qəbulundan sonra xüsusi dəyişiklik gözləmir. O, eyni zamanda qanunvericiliyə yeni media ilə bağlı dəyişikliklərin olmasına da ehtiyac görmür.
Jurnalist Asəf Quliyev, yazıçı-publisist Həmid Herisçi, Milli İnternet Forumunun prezidenti Osman Gündüz, “Yeni Müsavat” qəzetinin baş redaktoru Rauf Arifoğlu, “Azadlıq” qəzetinin baş redaktor müavini Rahim Hacıyev, politoloq Zərdüşt Əlizadə və hüquqşünas Ələsgər Məmmədli mövzu ilə bağlı danışaraq, internet resursların imkanları, mətbuatın problemləri barədə fikirlərini səsləndiriblər. “Yeni Müsavat” qəzetinin baş redaktoru Rauf Arifoğlu deyib ki, medianın problemləri həm yzılı, həm də internet mediada özünü əks etdirib. O, qəzetinin məhkəmə çəkişmələrindən danışıb və reklam bazarının qıtlığından şikayətlənib.
Sonda “Media açarı -2011” mükafatı öz sahiblərinə təqdim edilib. “İlin ən yaxşı şərhçisi” Hüseynbala Səlimov, “İlin jurnalist araşdırması” Vüsalə Əlibəyli, “İlin media adamı” isə professor Rafiq Əliyev olub. “İlin reportyoru” nominasiyası isə heç kimə verilməyib. Nominasiyanın təsisçisi Arif Əliyev deyib ki, münsiflər heyəti bu məsələdə ortaq rəyə gələ bilməyib.
Qeyd edək ki, “Media açarı”nın təsisçiləri “Yeni Nəsil” Jurnalistlər Birliyi və Azərbaycan Jurnalistlər Birliyidir.
Media
“IV Divar” serialı bu gündən etibarən AzTV-də! - VİDEO
MEDİA: “Nexta” kanalı Goranboyda baş vermiş yanğınla bağlı ictimai rəyi çaşdırmağa yönəlmiş məlumat yayıb
Azərbaycanlı jurnalistlər i24NEWS telekanalının redaksiyasını ziyarət ediblər - FOTO
Akko meri Albert Aqarunovun xatirəsinin əbədiləşdirilməsi haqqında sertifikatı qardaşına təqdim edib - FOTO
Xəbər Lenti
Xarici diplomatlar “İstisu” mineral su zavoduna baş çəkiblər
Fransada qatarın relsdən çıxması nəticəsində 44 nəfər yaralanıb
İranda silahlı toqquşma baş verib, SEPAH-ın 3 üzvü öldürülüb
Xarici diplomatlar Xudavəng monastr kompleksini ziyarət edib - FOTO
Birinci sinfə elektron qəbul yenidən aktivləşir
Kreml: Moskva ABŞ-ın sülhməramlı səylərinin bəhrə verəcəyinə ümid edir
Tatarıstanda yüngül mühərrikli təyyarə televiziya qülləsinə çırpılıb, ölənlər var
İranın Türkiyə və İraqa uçuşlarında problem olması təkzib edilib
BOKT-larda gündəlik kreditlərin restrukturizasiyası zamanı əlavə ödəniş tələb olunmayacaq
Zelenski Mayamidə G20 sammitində Putinlə görüşməyə hazırdır
AMB: BOKT-ların regionlarda əhatə dairəsi bəzi banklardan daha genişdir
Şirvanda oğurluq edən şəxs saxlanılıb
Bakıda 30, rayonlarda 33 dərəcə isti olacaq - SABAHIN HAVASI
AMB BOKT-ların borclanmasına yeni hədlər müəyyən edib
Səfir: Polşa-Azərbaycan münasibətləri çox yaxşı vəziyyətdədir, əminəm ki, son baş verənlər əlaqələrə təsir göstərməyəcək
Hikmət Hacıyev Həsən Cəlal Allahverdi bəyin məzarüstü abidəsindən paylaşım edib
Əmtəə bazarlarında qızıl və gümüş yenidən bahalaşıb
Hikmət Hacıyev: İşğal illərində bu tarixi abidələr “bərpa” adı altında müxtəlif xarici müdaxilələrə məruz qalıb
Bolqarıstanda sursat anbarlarında bir ay ərzində ikinci partlayış baş verib
Xarici diplomatlar Ağdərənin Vəngli kəndində Gəncəsər monastırını ziyarət ediblər - FOTO - VİDEO
Gürcüstanda aralarında Azərbaycan vətəndaşları da olan 59 qanunsuz miqrant saxlanılıb
Erməni deputat: Rusiya qazın qiymətini artırarsa, Ermənistan hərbi bazanın icarə haqqını artıra bilər
Azəbaycan neftinin qiyməti 120 dolları ötüb
İran Atom Enerjisi Təşkilatının rəhbəri AEBA-nın Konfransında iştirak etmək üçün Vyanaya yola düşüb
Yol polisi ötmə qaydalarının pozulması ilə bağlı sürücülərə müraciət edib
FHN-in Dövlət Yanğından Mühafizə Xidməti Zaqatalada yanğın-taktiki təlim keçirib - VİDEO
Xarici diplomatların Qarabağ və Şərqi Zəngəzura səfərinin ikinci günü start götürüb
AZANS Daşkənddə “SOCEA AGM/3”ə sədrlik edərək regional aeronaviqasiya əməkdaşlığını gücləndirib
Gəncədə Rus-Pravoslav Kilsəsinin 139 illiyi münasibətilə tədbir keçirilib
Xarici diplomatlar bu gün Ağdərə və Kəlbəcərdə olacaqlar
Nyu-York birjasında təbii qazın qiyməti azalıb
“Brent” markalı netin qiyməti 105 dollardan aşağı enib
Dünya fond bazarlarının əsas indeks göstəriciləri
İsrail və Livan arasında danışıqların növbəti raundu oktyabra təxirə salınıb
KXDR Yapon dənizinə ballistik raketlər buraxıb
Rusiyanın Amur vilayətində ağır yol qəzası nəticəsində 6 nəfər ölüb
Tramp respublikaçıların məğlub olacağı təqdirdə İrana qarşı mövqeyini sərtləşdirə biləcəyini istisna etməyib
Britaniya kəşfiyyat əməliyyatlarında kamuflyaj edilmiş atları sınaqdan keçirir
WSJ: OpenAI-ın süni intellekt agentləri “RubyGems” platformasına kiberhücumda iştirak edib
Tramp Çin şirkətlərinin ABŞ-da avtomobil zavodları tikməsinə qarşı olmadığını bildirib
İraqın Baş naziri Səudiyyə Ərəbistanına PUA hücumundan sonra hərbi komandanı vəzifədən azad edib
İraq Səudiyyə Ərəbistanına PUA hücumunu pisləyib
Ağ Ev Rusiyanın ABŞ-da keçiriləcək G20 toplantısına dəvət olunduğunu təsdiqləyib
KİV: İsrail Dəməşq yaxınlığındakı yaşayış məntəqəsini artilleriya atəşinə tutub
Hakan Fidan Səudiyyə Ərəbistanının XİN rəhbəri ilə bölgədəki vəziyyəti müzakirə edib
Putin: Avropa qoşunlarının Ukraynaya yerləşdirilməsi Rusiya ilə müharibə deməkdir
Səudiyyə Ərəbistanında hücumlardan sonra "Şərq-Qərb" neft kəmərinin işi dayandırılıb
"Beşiktaş" öz meydanında "Erzurumspor"u darmadağın edib
Rusiya gün ərzində 67 Ukrayna PUA-sını vurduğunu açıqlayıb
Husilər Səudiyyə Ərəbistanının hücumları nəticəsində 44 dinc sakinin öldüyünü açıqlayıb