Bank Of Baku

Ötən il Mətbuat Şurasına daxil olan müraciətlərin əksəriyyəti şikayət xarakterlidir

Ötən il Mətbuat Şurasına daxil olan müraciətlərin əksəriyyəti şikayət xarakterlidir
# 12 yanvar 2012 10:09 (UTC +04:00)
APA-nın məlumatına görə, bunu Mətbuat Şurasının sədri Əflatun Amaşov qurumun 2011-ci ildə gördüyü işlərə dair keçirilən hesabat konfransında deyib. O bildirib ki, müraciətlərdən 295-i ayrı-ayrı vətəndaşlardan, 196-sı dövlət idarə, müəssisə və təşkilatlarından, 74-ü özəl müəssisələrdən, 48-i ictimai qurumlardan, 29-u yerli özünüidarəetmə orqanlarından, 9-u isə siyasi partiyalardan daxil olub.

Ə. Amaşov qeyd edib ki, 651 müraciətdən 499-u kütləvi informasiya vasitələrində gedən materiallardan şikayətdir: “Şura Katibliyi həmin şikayətlərlə bağlı cavabdeh və şikayətçi tərəfləri şuraya dəvət edib. Bu mərhələdə 301 məsələ katiblikdə həllini tapıb, tərəflər arasında anlaşma əldə olunub. Digər 198 halda şikayətçi və cavabdeh tərəf arasında razılığa gəlinmədiyindən məsələlər və onlarla bağlı toplanmış materiallar baxılmaq üçün Şuranın müvafiq komissiyalarına təqdim edilib”.

O əlavə edib ki, 2011-ci ildə Şuraya daxil olan şikayətlərin 198-i komissiyalarda araşdırılıb. Bunlardan 128-i Şikayətlər üzrə Komissiyada, 54-ü “Reket jurnalistikasına” qarşı mübarizə Komissiyasında, 7-si Mətbuatla dövlət qurumları arasında problemlərin həlli Daimi Komissiyasında, 9-u Sosial Komissiyada araşdırılıb: “Yerdə qalan 152 müraciətdən 89-u Mətbuat Şurasının “qara siyahı”sında olan KİV-lə bağlıdır”.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR