Bank Of Baku

Əflatun Amaşov: “İranda bəzi səlahiyyətli şəxslərin Rafiq Tağının qətli ilə bağlı çıxışlarını Azərbaycanın daxili işlərinə qarışmaq kimi qiymətləndirir və pisləyirik”

Əflatun Amaşov: “İranda bəzi səlahiyyətli şəxslərin Rafiq Tağının qətli ilə bağlı çıxışlarını Azərbaycanın daxili işlərinə qarışmaq kimi qiymətləndirir və pisləyirik”
# 12 yanvar 2012 10:43 (UTC +04:00)
Bakı. Ramil Məmmədli - APA. “İranda bəzi səlahiyyətli şəxslər Rafiq Tağı və onun qətli ilə bağlı müəyyən çıxışlar edirlər. Mətbuat Şurası olaraq bunu Azərbaycanın daxili işlərinə qarışmaq kimi qiymətləndirir və pisləyirik”. APA-nın məlumatına görə, bu sözləri jurnalistlərə açıqlamasında Mətbuat Şurasının sədri Əflatun Amaşov deyib. O bildirib ki, qətlin üstü açılmalıdır: “Hadisə baş verən gün Mətbuat Şurası hüquq-mühafizə orqanlarına müraciət edib. Bundan sonra bir neçə dəfə hüquq-mühafizə orqanları ilə əlaqə saxlayıb istintaqın gedişi ilə maraqlanmışıq. Mətbuat Şurası birmənalı qaydada maraqlıdır ki, hadisənin üstü açılsın və günahkarlar cəzalandırılsın”.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR