Bank Of Baku

Bəxtiyar Sadıqov: “Mətbuat Şurası haqqında qanun qəbul olunmalıdır”

Bəxtiyar Sadıqov: “Mətbuat Şurası haqqında qanun qəbul olunmalıdır”
# 12 yanvar 2012 11:04 (UTC +04:00)
Bakı. Ramil Məmmədli – APA. “Mətbuat Şurası haqqında qanun qəbul olunmalıdır. O qanunda “reket qəzet”lərin - “qara siyahı”ya salınan nəşrlərin müvəqqəti bağlanması, fəaliyyətinin məhdudlaşdırılması, bu məsələlərlə bağlı məhkəməyə və ya Ədliyyə Nazirliyinə müraciət edilməsi üçün Mətbuat Şurasına səlahiyyət verilməlidir”. APA-nın məlumatına görə, bunu Azərbaycan Mətbuat Şurasının 2011-ci ildə gördüyü işlərə dair hesabat konfransında çıxışında “Azərbaycan” qəzetinin baş redaktoru, Milli Məclisin deputatı Bəxtiyar Sadıqov deyib. B. Sadıqov bildirib ki, Mətbuat Şurasının fəaliyyətinin 30 faizi “reket qəzet”lərlə mübarizəyə həsr olunub: “Bu qəzetlər həm mətbuata, həm də jurnalist adına ləkə gətirirlər. İnsanları qəzetlərdən narazı salmaqla digər qəzetlərin satışının qarşısını alır. Onlar şəxslərin şərəf və ləyaqətini ictimai şəkildə təhqir edirlər”.

B. Sadıqov əlavə edib ki, şura tərəfindən görülən tədbirlərə və çıxarılan qərarlara baxmayaraq, bu qəzetlər qara siyahıya salınandan sonra da əməllərindən dönmürlər: “Bununla bağlı əlavə tədbir görülməlidir. Biz hansısa qəzetin bağlanmasını istəmirik. Sadəcə, biz bu qəzetləri daha yaxşı tanıyırıq və çıxardığımız qərarlar da peşəkar və alternativ rəyə əsaslanacaq. Təsirli mübarizə aparmaq üçün ölkə mətbuatın köməyinə ehtiyac var”.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR