Bank Of Baku

Əflatun Amaşov: “Jurnalistlərin şəhərdaxili nəqliyyatdan pulsuz istifadəsi məsələsi Mətbuat Şurasının gündəmindədir”

Əflatun Amaşov: “Jurnalistlərin şəhərdaxili nəqliyyatdan pulsuz istifadəsi məsələsi Mətbuat Şurasının gündəmindədir”
# 12 yanvar 2012 11:48 (UTC +04:00)
Bakı. Ramil Məmmədli – APA. “Şəhərdaxili nəqliyyatdan pulsuz istifadə üçün hər kütləvi informasiya vasitəsindən 10-a qədər əməldaş vəsiqə ilə təmin olunsa, problemi müəyyən zaman çərçivəsində həll etmək olar”. APA-nın məlumatına görə, bunu jurnalistlərə açıqlamasında Mətbuat Şurasının sədri Əflatun Amaşov deyib. Ə. Amaşov bildirib ki, mətbuat nümayəndələrinin şəhərdaxili nəqliyyat vasitələrindən pulsuz istifadəsi məsələsi çoxdandır Mətbuat Şurasının gündəmindədir. Bununla bağlı dəfələrlə müvafiq qurumlarda müzakirələr aparılıb: “Xarici ölkələrdə jurnalistə işlədiyi redaksiya tərəfindən mənzilin verilməsi, nəqliyyatla təmin olunması kimi təcrübələr var. Əsasən iqtisadi baxımdan güclü nəşrlərdə belə hallar olur. Təəssüf ki, Azərbaycanda belə təcrübə yoxdur. Çünki redaksiyaların maliyyəsi yetərincə deyil. Bir vaxtlar bəzi qrup insanlar nəqliyyatdan pulsuz istifadə edirdilər və jurnalistlər də həmin qrupa daxil idi. Son illərdə isə bu güzəştlər götürüldü”.

Ə. Amaşov Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası rəhbərliyi ilə bu barədə müzakirələrin aparıldığını da diqqətə çatdırıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR