Bank Of Baku

Mətbuat Şurası səyyar qəzet satışının leqallaşdırılması yollarını axtarır

Mətbuat Şurası səyyar qəzet satışının leqallaşdırılması yollarını axtarır
# 12 yanvar 2012 12:18 (UTC +04:00)
Bakı. Ramil Məmmədli – APA. “Səyyar qəzet satışının leqallaşdırılması yolları axtarılır”. APA-nın məlumatına görə, bunu jurnalistlərə açıqlamasında Mətbuat Şurasının sədri Əflatun Amaşov deyib. Ə. Amaşov bildirib ki, səyyar qəzet satışının qarşısını ala biləcək maneələrin aradan qaldırılmasına dar müzakirələr davam etdirilir: “Yəqin ki, biz bununla bağlı şura yanında komissiyanın fəaliyyətini yenidən bərpa edəcəyik”.
Şura sədri qəzet köşklərində monitorinqin aparılacağını da diqqətə çatdırıb: “Bu köşklərdə nə satıldığını müəyyənləşdirmək istəyirik. Bir neçə dəfə köşklərdə qeyri-çap məhsullarının satışının qadağan edilməsi məsələsi barədə araşdırma apardıq. Həmin köşklər qəzet satışından çox az gəlir əldə edirlər. Hətta işçinin məvacibini vermək olmur. Kitaba və mətbu nəşrlərə maraq artdıqca digər məhsulların satışı aradan qalxacaq”.
Ə. Amaşov deyib ki, vəziyyətlə bağlı Bakı şəhər İcra Hakimiyyətinə də müraciət edilib: “Müraciətdə əldə yayımla bağlı məsələnin müzakirəsi qeyd olunub. Həmçinin paytaxtda səyyar və köşklərdə qəzet satışı ilə bağlı digər müvafiq qurumlara da müraciət ünvanlanıb. Təəssüf ki, qəzet satışı ilə bağlı müəyyən problemlər qalmaqdadır. 2005-2006-cı illərdə şəhərin mərkəzində olan qəzet stendtlərinin götürülməsi məsələsi gündəmə gəlmişdi. O zaman Bakı şəhər İcra Hakimiyyəti ilə bu barədə razılıq əldə olundu və problem həll edildi”.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR