Bank Of Baku

MTRŞ telekanallara serial çəkilişləri üçün ayrılan vəsaitin necə istifadə olunması ilə bağlı yoxlamalara başlayacaq

MTRŞ telekanallara serial çəkilişləri üçün ayrılan vəsaitin necə istifadə olunması ilə bağlı yoxlamalara başlayacaq
# 16 yanvar 2012 09:37 (UTC +04:00)
Bakı. Kəmalə Quliyeva – APA. Milli Televiziya və Radio Şurası (MTRŞ) telekanallara serial çəkilişləri üçün ayrılan vəsaitin necə istifadə olunması ilə bağlı yoxlamalara başlayacaq. Bu barədə APA-ya MTRŞ sədri Nuşirəvan Məhərrəmli məlumat verib. O bildirib ki, serial çəkilişləri üçün 300 min manat vəsait telekanalların hesabına ötən ilin dekabrında köçürülüb: “Hazırda serial çəkilişləri üçün iş növbəti, daha fəal mərhələyə keçməyə başlayır. Mən artıq tapşırıq vermişəm ki, telekanallar serial çəkilişlərinin necə getməsi ilə bağlı bizə arayış versinlər. Yanvarın axırlarında MTRŞ kanalların bu istiqamətdə nə iş gördüyünü yoxlayacaq və növbəti aylarda onlardan arayış alacaq. Telekanalların gördükləri işlər yoxlanıldıqdan, vəziyyətin necə olduğu müəyyənləşdirildikdən sonra vəsaitin qalan hissəsinin ödənilməsinə başlanacaq”.

N. Məhərrəmli sədri deyib ki, 2011-ci il üçün nəzərədə tutulan vəsait tam xərcləndikdən sonra şura 2012-ci il üçün vəsaitin ayrılması məqsədilə hökumətə müraciət edəcək.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR