Bank Of Baku

İranda azərbaycanlı jurnalist həbs olunub

İranda azərbaycanlı jurnalist həbs olunub
# 19 yanvar 2012 13:46 (UTC +04:00)
Bakı. Könül Cəfərli – APA. İranda azərbaycanlı jurnalist, “Tebriznews” xəbər saytının baş redaktoru Peyman Pakmehr həbs olunub. APA-nın məlumatına görə, İran İnformasiya, Təhlükəsizlik və Kəşfiyyat Nazirliyinin (ETTELAAT) əməkdaşları tərəfindən tutulan azərbaycanlı jurnalist Tehrandakı Evin həbsxanasına salınıb. Onun həbsinə Təbriz İnqilab Məhkəməsi order verib. Jurnalistin konkret nədə günahlandırıldığı bilinmir.

Qeyd edək ki, Peyman Pakmehr əvvəllər İran hökuməti tərəfindən nəşrinə qadağa qoyulmuş “Şəms Təbriz” qəzetində işləyib. O, “Tebriznews” saytında Azərbaycanla bağlı xəbərlər verirdi. P. Pakmehr Təbriz Universitetinin ingilis dili fakültəsini bitirib. Dünya Jurnalistlər Federasiyası və İran Jurnalistlər Dərnəyinin üzvüdür.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR