Bank Of Baku

Azərbaycanlı şair-təhqiqatçı Alman Jurnalistlər Birliyinin Berlin komitəsinin sədr müavini seçilib

Azərbaycanlı şair-təhqiqatçı Alman Jurnalistlər Birliyinin Berlin komitəsinin sədr müavini seçilib
# 20 yanvar 2012 08:02 (UTC +04:00)
İnstitutun mətbuat şöbəsindən APA-ya verilən məlumata görə, N. Atəşinin namizədliyi Alman Jurnalistlər Birliyinin Rəyasət Heyəti tərəfindən irəli sürülüb.

N. Atəşi iclasda Almaniyada 16 illik mətbuat və mədəniyyət fəaliyyəti haqqında Rəyasət Heyəti üzvlərinə və alman jurnalistlərinə ətraflı hesabat verdikdən sonra 4 dildə yeni çap olunmuş “Qafqaz amazonları-Miflər arxasındakı gerçək tarix” kitabını və layihəsini təqdim edib.

Komitəyə sədr seçilən tanınmış alman fotojurnalisti Simone Ahrend, və digər toplantı iştirakçıları Nuridə Atəşinin müxtəlif ölkələrdə yaşaması, fəaliyyət göstərməsi və tədqiqat aparması ilə əlaqədar bu ölkələrin dilini, dinini, mədəniyyətini, tarixini və mətbuat problemlərini bilmə təcrübəsinin, sağlam mövqeyinin olmasının Alman Jurnalistlər Birliyi və yeni seçilmiş komitə üçün qazanc olacağını vurğulayıblar.

Öz növbəsində, N. Atəşi ona göstərilən bu etimadın alman və beynəlxalq mətbuat qarşısında böyük məsuliyyət olduğunu bildirib, biliyini və təcrübəsini komitə üçün sərf edəcəyini vurğulayıb.

Qeyd edək ki, Berlin Bərabər İmkanlar İxtisaslaşmış Komitəsi dilindən, dinindən, irqindən, tutduğu vəzifəsindən asılı olmayaraq bütün insanlar arasında bərabərliyin qorunub saxlanılmasına xidmət edir. Komitənin əsas vəzifəsi Beynəlxalq Konqreslərin, Forumların, ixtisaslaşdırma, təhsil artırma seminarlarının keçirilməsi, beynəlxalq media dəyərlərinin qorunub saxlanılmasına, təcrübə mübadilələrinin qlobal media dünyasında genişlənməsinə, şəbəkələşməsinə xidmət göstərməkdir.

N. Atəşi 1996-cı ildən Alman Jurnalistlər Birliyinin üzvü olmaqla, Almaniya P.E.N. mərkəzinin üzvü, eyni zamanda Azərbaycan Jurnalistlər Birliyinin Almaniya və Avropa üzrə nümayəndəsidir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR