Bank Of Baku

Böyük Britaniyanın Ofcom təşkilatı İranın “Press TV” xəbər kanalının lisenziyasını ləğv edib

Böyük Britaniyanın Ofcom təşkilatı İranın “Press TV” xəbər kanalının lisenziyasını ləğv edib
# 20 yanvar 2012 17:43 (UTC +04:00)
Bakı. Könül Cəfərli - APA. Yanvarın 20-də Böyük Britaniyanın telekommunikasiya və mətbuata nəzarəti həyata keçirən Ofcom təşkilatı İranın ingilis dilində yayımlanan “Press TV” xəbər kanalının lisenziyasını ləğv edib. APA-nın məlumatına görə, təşkilat bunu İran kanalının pul cəzasını ödəməməsi ilə əlaqələndirib. Bundan əlavə, Ofcom BSkyB rəqəmsal peyk kanal sisteminin rəhbərliyindən 515-ci kanaldan yayımlanan “Press TV”ni çıxarmasını tələb edib. İran kanalının sabaha qədər BSkyB rəqəmsal peyk kanal sistemindən çıxarılması gözlənilir. İngiliscə 24 saat yayımlanan “Press TV”nin mərkəzi Tehrandadır, ancaq Londonda da ofisi və xeyli sayda müxbiri var.
Qeyd edək ki, Ofcom ötən ilin dekabrında ABŞ-ın “Newsweek” jurnalında çalışan iranlı jurnalist Maziyar Baharinin şikayəti əsasında “Press TV”yə 100 min funt-sterlinq pul cəzası verib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR