Bank Of Baku

MTRŞ iki teleradio şirkətinin lisenziyasının uzadılması ilə bağlı müraciətinə baxacaq

MTRŞ iki teleradio şirkətinin lisenziyasının uzadılması ilə bağlı müraciətinə baxacaq
# 23 yanvar 2012 13:26 (UTC +04:00)
Bu barədə APA-ya Şuradan bildirilib. Bunlar “Space” Teleradio Şirkəti və “Connect TV” kabel televiziyasıdır. “Space” Teleradio Şirkətinin televiziya, radio yayımı və əlavə informasiya yayımı, “Connect TV”-nin isə kabel şəbəkəsi yayımı üçün lisenziya müddətinin uzadılması ilə bağlı müraciəti cavablandırılacaq.

Qeyd edək ki, bu il Azərbaycanda 2006-cı ildə lisenziya verilmiş 11 teleradio şirkətinin lisenziyasının uzadılması məsələsinə baxılacaq.

Bunlar “Connect TV”, “Space” Teleradio Şirkəti, “Xəyal” Televiziyası (Quba), “Alternativ TV” (Gəncə), “SN Telekom” MMC, “Regional” TV, “Kanal-S” (Şəki), “El” TV (Yevlax), AzHİNet MMC, “Lider” TV və “AN Media” MMC-dir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR