Bank Of Baku

Culian Assanc tok-şou aparıcısı olacaq

Culian Assanc tok-şou aparıcısı olacaq
# 24 yanvar 2012 03:46 (UTC +04:00)
Bakı-APA. WikiLeaks-ın qurucusu Culian Assanc beynəlxalq ictimaiyyətin gələcəyi barədə veriliş aparacaq. Bu barədə təşkilatın internet saytındakı press-relizdə məlumat verilir.

Teleproqramda dünyanın aparıcı siyasi fiqurları və ictimai xadimləri iştirak edəcəklər.

Proqram martın ortalarından etibarən hər həftə efirə çıxacaq. Yayım kabel, peyk və yerüstü yayım şəbəkələri vasitəsilə həyata keçiriləcək.

WikiLeaks belə bir proqramın yaradılmasını dünyadakı qeyri-sabit vəziyyətlə əlaqələndirir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR